Əli Əsədov IFC-nin regional vitse-prezidenti ilə görüşüb
Bu gün Baş nazir Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabineti xəbər verir ki, görüşdə Azərbaycanın Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlarla əməkdaşlığa böyük önəm verdiyi bildirilib. Bu baxımdan IFC ilə uzunmüddətli səmərəli tərəfdaşlığın önəmi vurğulanıb. Qeyd edilib ki, ötən müddətdə Korporasiya Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə dəstək verib.
Hazırda Azərbaycan hökuməti üçün prioritet hesab edilən sahələrdə Dünya Bankı, o cümlədən IFC ilə potensial layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Diqqətə çatdırılıb ki, bu layihələr işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, məşğulluğun artırılması, yaşıl şəhərlərin yaradılması, Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin fəaliyyətinin genişləndirilməsi, külək enerjisi infrastrukturunun tikintisi və digər istiqamətləri əhatə edə bilər.
Görüş zamanı Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Ötən illərdə Azərbaycanın aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrildiyi bildirilib. Vurğulanıb ki, 2021-ci ildən ölkəmiz Dünya Bankının donoru qismində iştirak edir.
Qeyd edilib ki, ölkədə işgüzar mühitin yaxşılaşdırılması, haqsız rəqabətin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün məqsədyönlü tədbirlər görülür. Eyni zamanda qeyri-neft iqtisadiyyatının inkişafının əsas prioritetlərdən biri olduğu vurğulandı. Bildirildi ki, aqrar sektorda müxtəlif növ güzəşt və kredit mexanizmləri tətbiq edilir. Dövlət-özəl tərəfdaşlığı mexanizmləri vasitəsilə özəl sektorun iqtisadi inkişafda rolunun artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, rəqabətqabiliyyətli iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı, həmçinin dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi IFC-nin Azərbaycan üzrə əsas fəaliyyət istiqamətlərini təşkil edir və ölkəmiz müvafiq sahələrdə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Eyni zamanda Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəklədiyi, enerji səmərəliliyi istiqamətində ardıcıl fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri, o cümlədən yaşıl enerji zonasının, ekoloji təmiz nəqliyyatın, ağıllı şəhər və kəndlərin yaradılması ilə bağlı layihələr bunun bariz təzahürüdür. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bərpa olunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi, təmiz enerjiyə keçidin təmin edilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetləri sırasındadır və bu istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə Dünya Bankı, o cümlədən IFC ilə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə potensial əməkdaşlıq layihələri nəzərdən keçirilib.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
