Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik edib
Siyasət
23 sen 2024 | 11:30
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ortaq dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xüsusi önəm verir. Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Bu sarsılmaz iradədən qaynaqlanan əlaqələrimizin ötən dövr ərzində hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm.

Səudiyyə Ərəbistanının ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına göstərdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç vaxt unutmur.

Biz Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, turizm, humanitar və digər sahələrdə genişləndirmək və möhkəmləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Enerji sahəsində uğurlu və davamlı əməkdaşlıq Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Ölkənizi təmsil edən “ACWA Power” şirkətinin Azərbaycanın alternativ və bərpa olunan enerji sektorunda fəaliyyətini yüksək qiymətləndiririk.

Beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz münasibətlərimizin vacib tərkib hissələrindən biridir.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı tərəfdaşlığının inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeləri naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Bu gün, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
Bu gün, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
Bu gün, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Bu gün, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
Bu gün, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
Bu gün, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
Bu gün, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
Bu gün, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
Bu gün, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
Bu gün, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Bu gün, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
Bu gün, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
Bu gün, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
Bu gün, 09:30
AZAL bilet qiymətlərini endirdi
Bu gün, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu
Dünən, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Dünən, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Dünən, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Dünən, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Dünən, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Dünən, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Dünən, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Dünən, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Dünən, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Dünən, 12:07
Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib
Dünən, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Dünən, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb