Bu hallarda vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilər AÇIQLAMA
Sosial
5 iyn 2025 | 15:33
Son günlər müxtəlif tanınmış şəxslərin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı xəbərlər yayılır. Bu isə sual yaradır ki, ölkədən çıxışa hansı hallarda qadağa qoyula bilər?

Ədliyyə Nazirliyindən bildirilib ki, vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması halları Miqrasiya Məcəlləsinin 9.3-cü bəndində sadalanır.

"Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə Ədliyyə Nazirliyinin İcra xidməti tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün tədbirlər görülür. Bu halda borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

Şəxsin azadlığın məhdudlaşdırılması, islah işləri, ictimai işlər və ya cərimə növündə cəzaya məhkum olunması, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilməsi, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, habelə cəzasının çəkilməsinin təxirə salınması haqqında hökm və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı hakimin göstərişi ilə bağlı Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır.

Bu halda hökm və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı hakimin göstərişi probasiya qurumuna daxil olduqdan sonra dərhal qeydiyyata alınır və icra məmuruna (probasiya üzrə) təqdim olunur.

Qeyd edək ki, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilir və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir", - nazirlikdən qeyd edilib.

Emil Aslanov bildirib ki, Azərbaycan Respublikasında vətəndaşın ölkədən çıxmasına ancaq məhkəmə qərarı ilə qadağa qoyula bilər:

“Bu qərar da şəxsin hər hansı şəxsə, yaxud quruma borclu olması, habelə icra edilməmiş öhdəliyinin olması zamanı verilir. Habelə aparılan cinayət işində həmin şəxs şübhəli, yaxud təqsirləndirilən şəxs qismindədirsə, şəxsin ölkədən çıxışına qadağa qoyula bilər”.

Vəkil Turan Abdullazadə isə deyib ki, Azərbaycan Respublikası İcra Haqqında Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər:

“Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir”.
Bu gün, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Bu gün, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Bu gün, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
Dünən, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Dünən, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Dünən, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Dünən, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Dünən, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Dünən, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Dünən, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Dünən, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Dünən, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Dünən, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Dünən, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Dünən, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Dünən, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Dünən, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər