Parlamentdə “torpaq amnistiyası” təklif olundu
Sosial
14 iyl 2025 | 15:37
Bu gün Milli Məclisdə "torpaq amnistiyası"nın verilməsi təklif olunub.
Belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib.

Zahid Orucun sözlərinə görə, məhkəməyə daxil olan müraciətlərin sayı göstərir ki, vətəndaşlar çox ciddi problemlərlə üzə-üzə qalıb: “2011-ci ildə Prezident İlham Əliyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirə sözügedən sahədə inqilabi dəyişikliklərə səbəb oldu. 114 minə yaxın şəxs məhz yeni əmlak sahiblərinə çevrilərək ölkəmizin iqtisadi rifah siyasətinə töhfə verdi. Ardınca 2023-cü ilin mayın 1-dən qeyri-yaşayış fondlarının hüquqi aktlarla təminatına dair mühüm qanun qəbul olundu. Qısaca həmin sənədin mahiyyəti ondan ibarət idi ki, dövlət vətəndaşlarla yeni səhifədən başlamağı təklif edirdi. Yəni, bir tərəfdən 40 mindən artıq mülkiyyətçinin hüququ tanınır, digər yandan həmin tarixdən sonra torpaq zəbtləri, qanunsuz tikililər və digər infrastruktura kommunikasiya xətlərinin çəkilməsi hüquqi məsuliyyət doğurur, cinayət təqibinə səbəb olurdu. Göründüyü kimi, belə yanaşma əsaslı idi, çünki sadə əhali arasında “əmlak əfvi” adlanan qərar keçmiş illər ərzində yaranan böyük problemi həll etməyə cəhd idi. Digər tərəfdən, yenilərinin yaranmasının qarşısını, nəhayət, kəsməyə xidmət edəcəkdi. Qərarın yerinə yetirilməsinin sürəti haqda müzakirələr aparmaq olar, lakin minlərlə vətəndaşımızın qanuni mənafelərinin təmin olunması ən böyük sosial siyasət uğurları sırasındadır. Lakin digər tərəfdən, bələdiyyələrin ehtiyat fondları, yaxud onların mülkiyyətində olan ərazilərin dəqiq xəritələrinin bəlli olmaması, o cümlədən, reyestrləşmə sahəsində yer quruluşu layihələri, istifadə növləri, kadastr sənədləri, xüsusilə elektron daşıyıcılarda məlumatların yerlərə köçürülməsi zamanı baş verən kütləvi xətalar ciddi şəkildə dövlət-vətəndaş münasibətlərində problemə yol açıb, məhkəmələrə böyük iş yükü yaradıb və yerinə yetirilməyən çoxsaylı qərarları meydana gətirib".

Z.Oruc əlavə edib ki, çıxarış sənədləri ilə reallıq arasında fərqi düzəltmək üçün atılan addımlar vətəndaşlar arasında qarşılıqlı anlaşmalar olmadıqda yeni çəkişmələrə səbəb olur: "Təkcə bir rayonda 115 min verilən daşınmaz əmlak aktlarının 80 faizində oxşar problem var. Ona görə də, Əmlak məsələləri Dövlət Xidmətinə parlament və hökumət tərəfindən daha çox dəstək, səlahiyyət və zəruri kömək göstərilməli, birgə komissiya yaradılmalıdır ki, mövcud problemi, nəhayət, köklü həll etmək mümkün olsun”.

Zahid Oruc qedd edib ki, vətəndaşların qanunu hüquqlarının tanınması daşınmaz əmlakı həm də kredit resursuna çevirir, milyardlarla manat əlavə iqtisadi dəyər yaradır, kölgə iqtisadiyyatını aradan qaldırır, hərbi xidmətə oğul verən ailələrin tamhüquqlu vətəndaş kimi özlərini hiss etmələrinə səbəb olur, kriminal hadisələrin qarşısını alır, korrupsiyanın meydanını daraldır: “Ona görə də prezidentimizin əfv siyasətini, humanist qərarlarını genişləndirərək, “torpaq amnistiyası”nın verilməsi məqsədəuyğun olar. Yəni, qanunsuz zəbtlərin dayandırılması, nəhayət, tam ləğvi üçün zəruri hüquqi baza Azərbaycan dövlətinin yeni mərhələdə siyasətində ən mühüm milli akta çevrilər”.
Dünən, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Dünən, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Dünən, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Dünən, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Dünən, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Dünən, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Dünən, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Dünən, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Dünən, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Dünən, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Dünən, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Dünən, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Dünən, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Dünən, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA