Xankəndidə Zəfər tağı, universitet şəhərciyi tikilir
"Xankəndi və ətraf rayonlarda söküntü, bərpa və abadlıq işləri geniş vüsət alıb".
Bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.
O qeyd edib ki, 30 ildən artıq işğal altında qalan Xankəndi şəhərində ermənilər tərəfindən çoxlu sayda özbaşına və qanunsuz tikinti işləri aparılıb:
"Bu pərakəndə tikintilər şəhərin memarlıq üslubuna ciddi zərər vurub. Azərbaycanın memarlıq ənənələrinə uyğun olmayan bu tikililərin əksəriyyəti həm də tikinti normalarına cavab verməyəcək dərəcədə keyfiyyətsiz şəkildə inşa olunub. Məhz bu səbəbdən hazırda həmin tikililər sökülür", - deyə o bildirib.
Afət Telmanqızı vurğulayıb ki, Qarabağ Universiteti ətrafında da geniş ərazidə söküntü işləri aparılır: "Universitetin yerləşdiyi ərazidə böyük şəhərcik salınır. Tikinti normalarına cavab verən binalar saxlanılır, digərləri isə sökülür".
O bildirib ki, Xankəndi şəhərində yerləşən, yerli əhəmiyyətli mədəniyyət abidəsi sayılan Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrının binasının bərpasına da başlanılıb:
"Qeyd edim ki, bu teatr binası 1932-ci ildə tikilərək istifadəyə verilib. 1949-cu ildə isə onun konstruksiyasına müəyyən əlavələr olunub. Sənət ocağı XX əsrin memarlıq abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib".
Afət Telmanqızı Xankəndidə əhalinin istirahəti və şəhər estetikasının bərpası məqsədilə aparılan digər işlər barədə də məlumat verib:
"Hazırda şəhərdə Zəfər parkı, Zəfər muzeyi və mədəniyyət mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. Parkın təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Zəfər parkında işlər yüksək templə gedir. Ərazidə işğal dövründə tikinti normalarına zidd inşa edilən və istismara yararsız vəziyyətdə olan bir sıra tikililər artıq sökülüb".
Afət Telmanqızının sözlərinə görə, parkın mərkəzində qələbəmizin rəmzi olan Zəfər tağı inşa edilir:
"Bu abidənin hündürlüyü Vətən müharibəsinin günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində şəhərə baxış üçün xüsusi meydança yaradılır. Ziyarətçilərin, o cümlədən yaşlılar və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulur".
"Zəfər tağına doğru 44 rəmzi pilləkən salınacaq. Hər bir pilləkəndə Vətən müharibəsində azad edilən yaşayış məntəqələrinin adı və həmin günlə bağlı məlumat əks olunacaq. Layihəyə əsasən, parkda geniş yaşıllıq zolaqları salınır. Mövcud ağaclar qorunur, əlavə olaraq 300-dən çox ağac və 9 mindən çox dekorativ kol əkilib".
Xidmət rəsmisi əlavə edib ki, Xankəndi şəhər stadionu da yenidən qurulur. Həmçinin, əhalinin qayıdışı, şəhər infrastrukturunun müasirləşdirilməsi istiqamətində də genişmiqyaslı layihələr icra olunur:
"Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm sərəncamlar imzalanıb və yaşayış məntəqələrinin maliyyələşməsi təmin olunub".
Afət Telmanqızı, həmçinin Prezident İlham Əliyevin bu il iyulun 3-də Xankəndi-Şuşa kanat yolunun inşası üçün nəzərdə tutulan əraziyə baxış keçirdiyini də xatırladıb:
"Dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, bu kanat yolunun uzunluğu təxminən 6 min metr, Xankəndidəki başlanğıc nöqtəsi 844 metr, Şuşada isə 1317 metr yüksəklikdə yerləşəcək. Kanat yolu vasitəsilə hərəkət 13 dəqiqə davam edəcək, sürət isə saniyədə 8 metr olacaq.
Bu layihənin icrası həm turizmin inkişafına təkan verəcək, həm də Xankəndi ilə Şuşa arasında rahat nəqliyyat əlaqəsi yaradacaq. Hazırda layihənin texniki detalları üzərində aidiyyəti qurumlarla birgə iş aparılır".
Sonda o qeyd edib ki, şəhərin gələcək inkişafı üçün dünyaca nüfuzlu "Chapman Taylor" şirkəti tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər davam etdirilir.

Dünən, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Dünən, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Dünən, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Dünən, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Dünən, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Dünən, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Dünən, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Dünən, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Dünən, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Dünən, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Dünən, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Dünən, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Dünən, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Dünən, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA