"Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə Toplantısı" keçirilib
Sosial
5 sen 2025 | 11:25
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi, sahə üzrə problemlərin və yeni imkanların müzakirəsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən "Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə Toplantısı" təşkil olunub.

Azerimedia.Az xəbər verir ki, tədbirə 70-dən çox dövlət qurumunu təmsil edən nümayəndələr qatılıblar.

Zirvə Toplantısını açan XRİTDX-nin rəis müavini, general-mayor Allahverən İsmayılov qonaqları salamlayaraq, çıxışında vurğulayıb ki, informasiya təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil, milli təhlükəsizlik, iqtisadi sabitlik və cəmiyyətin etimad məsələsidir.

Rəqəmsallaşmanın dərinləşməsi ilə bağlı risklərin artdığını qeyd edən A.İsmayılov bildirib ki, qlobal statistikalara əsasən, 2024-cü ilin ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40%-dən çoxu kritik infrastruktura qarşı həyata keçirilib.

O, həmçinin ölkəmizdə həyata keçirilmiş ilk "Bug Bounty" proqramının əhəmiyyətini qeyd edərək, dövlət qurumlarının özəl sektorla əməkdaşlığın vacibliyini vurğulayıb. Eləcə də, xidmət rəisinin müavini 9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək "CIDC-2025 - Ağıllı şəhərlərdə kibermüharibə" tədbirinə dəvət edib və beynəlxalq əməkdaşlığa göstərilən dəstəyə görə Avropa Birliyinə və Estoniyanın Elektron İdarəçilik Akademiyası Fonduna təşəkkürünü bildirib.

Daha sonra Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş mütəxəssisi Elza Neeme və "Şərq Tərəfdaşlığı ölkələrinə kiberdavamlılığın gücləndirilməsi" layihəsinin Azərbaycan üzrə koordinatoru Klayd Magi beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini qonaqların diqqətinə çatdırıblar.

Tədbirin davamında XRİTDX-nin baş idarə rəisinin müavini Tural Məmmədov "Dövlət qurumlarında informasiya təhlükəsizliyinin vəziyyəti ilə bağlı statistik göstəricilər, ağıllı şəhərlərdə kibermüharibə, yeniliklər və planlar" mövzularında çıxış edib. Eləcə də T.Məmmədov və yerli kibertəhlükəsizlik startapı "Qarabug"ın təsisçisi Miraqşin Abutalıbov ilk dəfə olaraq dövlət informasiya ehtiyatlarında həyata keçirilmiş "Bug Bounty" proqramının nəticələri açıqlayıblar.

Eləcə də ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov "Dövlət qurumları üçün açıq qaynaq kodlu həllərin perspektivləri" mövzusunda çıxış edib.

Sonda sahə üzrə dövlət qulluqçularının əməyinin stimullaşdırılması, kiberinsident nümunələri, yeni tendensiyalar, təhlükələr və dövlət qurumlarının üzləşdiyi problemlər müzakirə olunub. Açıq debat iştirakçılara bir-birindən təcrübə öyrənmək və birgə həll yolları təklif etmək imkanı yaradıb.

"Dövlət qurumları İT rəhbərlərinin Zirvə Toplantısı" informasiya təhlükəsizliyi sahəsində dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, yeniliklərin müzakirəsi və gələcək fəaliyyət planlarının müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır.
Dünən, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Dünən, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Dünən, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Dünən, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Dünən, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Dünən, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Dünən, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Dünən, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Dünən, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Dünən, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Dünən, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Dünən, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Dünən, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Dünən, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA