2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları artırılacaq - Deputatdan AÇIQLAMA
Sosial
16 sen 2025 | 11:48
Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38.4, xərcləri isə 41.5 milyard manat proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə fiskal gəlirlərimiz 0.2, xərclərimiz 0.3 faiz artacaq. 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3.1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətən büdcə kəsiri daha çox artacaq: 2.4 faiz.

Bu barədə iqtisadçı-deputat Vüqar Bayramov paylaşım edib.



O bildirib ki, dövlət büdcəsində 1 barel xam neftinin qiyməti 65 dollar nəzərdə tutulur:

"Qlobal neft bazarındakı volatilliyi nəzərə aldıqda gələn il üçün 1 barel xam neftinin qiymətinin 65 dollar nəzərdə tutulması əvvəlki illərdən fərqli olaraq konservativ yanaşma hesab edilə bilməz. 1 barel xam neftinin qiyməti ilə bağlı əksər beynəlxalq təşkilatların proqnozları 50-60 dollar intervalında dəyişir".

Deputat vurğulayıb ki, gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı ən pozitiv məqamlardan biri qeyri-resurs gəlirlərinin ümumi daxilolmalarda payının 57.4 faiz proqnozlaşdırılmasıdır:

"Bu ölkəyə neft pulları daxil olduqdan sonra fiskal gəlirlərimizdə qeyri neft-qaz sektorunun payı ilə bağlı rekord səviyyədir. Bu il üçün bu göstərici 52.3 faiz nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, gələn il fiskal diversifikasiya siyasəti daha da dərinləşəcək və neft sektorunun ümumi gəlirlərdə payı azalacaq. Bu isə neftdən asılılığın minimumlaşdırılması baxımdan təqdirəlayiqdir".

V.Bayramov həmçinin qeyd edib ki, gələn il müdafiə və milli təhlükəsizlik üçün 8.7 milyard manat ayrılacaq:

"İqtisadi fəaliyyətə isə 7.6 milyard manat xərclənəcək. Sosial müdafiə və sosial təminat üçün isə 4.8 milyard manat nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat üzrə xərclərinin büdcədə xüsusi çəkisi 11,7 faiz proqnozlaşdırılır. Növbəti il sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2.54 faiz qədər çox olacaq. Qeyd edək ki, bu maddə üzrə xərclər birbaşa sosial təminat xərclərdir. Bütövlükdə, gələn il sosial xərclərin ümumi büdcə xərclərinin 40 faizindən çoxunu təşkil edəcəyi gözlənilir".

"Gələn il hansı artımların olacağına gəldikdə isə mövcud qanunvericiliyə əsasən 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq", - deyə deputat qeyd edib.
Dünən, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Dünən, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Dünən, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Dünən, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Dünən, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Dünən, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Dünən, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Dünən, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Dünən, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Dünən, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Dünən, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Dünən, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Dünən, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Dünən, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA