Müdafiə naziri Komando hərbi hissəsində olub, tapşırıqlar verib FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunun bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.
Azerimedia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Komando hərbi hissəsində və digər bölmələrdə olan nazirliyin rəhbərliyi hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülmüş işlərin keyfiyyəti və qoşun xidmətinin təşkili ilə tanış olublar.
Yerlərdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov qışa hazırlıq, bölmələrimizin xidmət və məişət şəraitinin yaxşılaşdırılması, qoşunların döyüş qabiliyyətinin daha da artırılması, silah və texnikaya mövsümi qulluq, həmçinin fasiləsiz təminat üzrə müvafiq vəzifəli şəxslərə əlavə tapşırıqlar verib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçularla görüşüb, onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.
Görüşdə müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan, dövlət başçısının mötəbər tədbirlərdə iştirak edərkən xalqımızın maraq və mövqeyini qətiyyətlə müdafiə etməsi nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasından danışıb, həmçinin Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb
Daha sonra hərbi qulluqçular arasında nizam-intizama və təhlükəsizlik qaydalarına ciddi əməl olunması, qarşılıqlı münasibətlərin düzgün qurulması, eləcə də şəxsi heyətin sağlamlığına daha həssaslıqla yanaşmaq barədə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.
General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkili, şəxsi heyətin bütün növ təminatının diqqət mərkəzində saxlanılması, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə komandir-rəis heyəti qarşısında konkret tapşırıqlar qoyub.

Dünən, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Dünən, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Dünən, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Dünən, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Dünən, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Dünən, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Dünən, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Dünən, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Dünən, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Dünən, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Dünən, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Dünən, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Dünən, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Dünən, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA