Sədr: "Erkən evlilik" ifadəsi artıq tam şəkildə leksikonumuzdan çıxmalıdır"
"Erkən evlilik" ifadəsi artıq tam şəkildə leksikonumuzdan çıxmalıdır".
Azerimedia.Az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında deyib.
O bildirib ki, "erkən evlilik" deyilən anlayış əslində uşaq evliliyidir və bu, heç vaxt qəbul oluna bilməz:
"Bu istiqamətdə edilən qanunvericilik dəyişiklikləri ilə bütün istisnalar aradan qaldırılıb. Artıq yalnız qanunla müəyyən olunmuş yaşdan sonra bağlanan nikah rəsmi hesab edilə bilər. Bu yaş həddindən aşağı olan hallarda isə söhbət yalnız uşaq evliliyindən gedir və bu, qanun pozuntusu kimi qiymətləndirilir".
Onun sözlərinə görə, uşaq evliliklərinin qarşısının alınması üçün edilən dəyişikliklər kifayət qədər ciddi hüquqi əsaslar və məsuliyyət mexanizmləri yaradır:
"Təbii ki, bu sahədə qanunvericilik aktlarının tətbiqi zamanı müəyyən çətinliklər və sui-istifadə halları da ola bilər. Amma ən vacibi odur ki, artıq hüquqi baza formalaşıb və bu baza insan hüquqlarının müdafiəsini təmin edir.
Əgər hər hansı şəxs belə bir hərəkətə yol verirsə, yəni yetkinlik yaşına çatmayan birini nikaha cəlb etməyə cəhd göstərirsə, bu, cinayət məsuliyyəti yaradır. İnsan həyatı və gələcəyi ilə bağlı qərar vermək heç kimin ixtiyarında olmamalıdır.
Təəssüf ki, bəzən bu kimi hallar hələ də baş verir. Siz də mediada tez-tez belə məlumatlara rast gəlirsiniz. Biz bu faktlarla bağlı müvafiq qurumlarla birgə monitorinqlər aparırıq və hər bir hadisəyə hüquqi qiymət verilir.
Amma mən düşünürəm ki, cəmiyyətdə artıq bu məsələyə münasibətdə ciddi şüur dəyişikliyi yaranıb. Əvvəllər bu mövzuda təşəbbüslər daha çox mərkəzdən, yəni dövlət orqanlarından gəlirdisə, indi təşəbbüslər aşağıdan - cəmiyyətin özündən gəlir.
Bu, çox sevindirici haldır. İnsanlar artıq özləri belə mərasimlərin keçirilməsinə, bu cür halların baş verməsinə qarşı çıxırlar, məlumat verirlər və bu hadisələri ictimailəşdirirlər.
Cəmiyyətin bu fəal mövqeyi bizi çox sevindirir. Bu o deməkdir ki, artıq insanlar öz hüquqlarını, xüsusilə uşaqların və qadınların hüquqlarını müdafiə etməkdə daha həssas yanaşırlar.
Əminəm ki, bu işdə medianın, xüsusilə də məsuliyyətli jurnalistlərin rolu böyükdür. Onlar maarifləndirmə ilə məşğul olduqca, cəmiyyətin bu məsələlərə münasibəti daha da formalaşacaq. Əks halda, bu mövzu yalnız formal səviyyədə qalacaq".

Bu gün, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Bu gün, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Bu gün, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Bu gün, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Bu gün, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Bu gün, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Bu gün, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Bu gün, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Bu gün, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Bu gün, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Bu gün, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Bu gün, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Bu gün, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Bu gün, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Bu gün, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA