Dövlət Agentliyi Regional Su Meliorasiya Xidmətinə icrası məcburi göstəriş verib
Sosial
2 dek 2025 | 12:42
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində su təchizatında Rəqabət Məcəlləsinin tələblərinin pozulması halları müəyyənləşdirildiyindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə birgə əməkdaşlıq çərçivəsində Regional Su Meliorasiya Xidmətinə (RSMX) uyğunsuzluğun aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

Azerimedia.Az xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qurum müxtəlif təbii inhisar fəaliyyət sahələri üzrə Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir, bununla əlaqədar təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması istiqamətində tədbirləri həyata keçirir.

Bu çərçivədə Biləsuvar rayonu sakinlərinin müraciətləri əsasında aparılan araşdırmalar zamanı su təchizatı prosesinin daha effektiv və hüquqi tələblərə tam uyğun şəkildə təşkili üçün əlavə mexanizmlərin tətbiqinə ehtiyac olduğu müəyyən edilib. Araşdırmaların nəticəsi olaraq, RSMX-nin fəaliyyətinin Rəqabət Məcəlləsinə tam uyğunluğunun təmin edilməsi məqsədilə bir sıra təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas tutularaq iş qaldırılıb.

İşə baxılma prosesində təbii inhisar subyekti olan RSMX-nin Biləsuvar rayonu ərazisində su təchizatı ilə bağlı həyata keçirdiyi müəyyən inzibati və texniki məsələlərin sahə üzrə qanunvericilik tələblərinə uyğun daha sistemli şəkildə icra olunmasının vacibliyi və uyğunsuzluğun nəticələrinin aradan qaldırılmasına ehtiyac olduğu müəyyən edilib.

Bu xüsusda Rəqabət Məcəlləsinin müvafiq müddəaları nəzərə alınmaqla, Dövlət Agentliyi RSMX-yə bütün ölkə ərazisində, o cümlədən Biləsuvar rayonunda su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı icrası məcburi olan göstəriş verib.

Göstəriş çərçivəsində su təchizatının dayanıqlılığının artırılması, abonentlərlə işin daha şəffaf aparılması, müvafiq tariflərin düzgün tətbiqi, həmçinin texniki infrastrukturun mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Agentlik və ADSEA bu istiqamətdə əməkdaşlığı davam etdirərək su təchizatının daha keyfiyyətli və qanunvericiliyə uyğun təşkil edilməsi üçün zəruri tədbirləri görməyə davam edəcək.
Bu gün, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Bu gün, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Bu gün, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Bu gün, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Bu gün, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Bu gün, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Bu gün, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Bu gün, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Bu gün, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Bu gün, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Bu gün, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Bu gün, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Bu gün, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Bu gün, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Bu gün, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA