Dilçilik İnstitutunun direktorundan ETİRAZ: "Əvvəlki "rusbaşlar"ımız indi "ingilisbaş" olublar"
Sosial
11 dek 2025 | 14:52
"Bizim ən böyük problemimiz üslublarla bağlıdır. Rəsmi üslubumuz bərbad gündədir. Ərizə yazanda qeyd edirik ki, "yazıb sizə bildirirəm ki...". Bu biabırçılıqdır, yaxın günlərdə onlarla məşğul olacağıq. Elmi üslub da həmçinin. Bizim dilimizi korlayan publisistik üslubdur. Bütün bəlalar oradan gəlir. Şifahi nitqdə "ok" sözü istifadə olunur. Televiziya lap bərbad gündədir. Diktorlar, aparıcılar dialektlə orfoepiyanı səhv salır. Biz heç bir halda orfoqrafiyanı şifahi ədəbi dilin normasına birləşdirə bilmərik. Bunlar ayrı-ayrı şeylərdir. Olmaz belə! Danışıq norması var. Hərə bir yerdən köçüb gəlib, onlar da öz nitqlərini bura gətiriblər. Orfoepiya başqadır, bu elmdir".

Azerimedia.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.

O, daha sonra əlavə edib:

"Biz uşaqlarımızı göndəririk ki, gedin ingiliscə, rusca oxuyun və qabağa gedin. İstəyirik ki, millətimiz savadlı olsun, amma əksi baş verir. Bu işlər bizim əleyhimizə çevrilir. Sən aparıcı, niyə "ok" deyib bizim dilimizi korlamalısan? "Sən yanmasan, mən yanmasam bizi qaranlıqdan işıqlığa kim çıxaracaq?" Hamımız deyirik, etmirik və bu da bir bəlaya çevrilir. Milli şüur inkişaf etməlidir. Bizim əvvəlki "rusbaşlar"ımız indi "ingilisbaş" olublar, bizə daha böyük ziyan vururlar. İndi də "vau" sözündən istifadə edirlər. Nə deməkdir bu? Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı cənab prezident çıxış etdi. O dedi ki, bu sözlərin dilimizə axın etməsi təxribatdır. Belə olmaz! Bu, bilirsiniz dilə nə qədər ziyan vuracaq? Olmazın ziyanları dəyəcək. Biz hələ susuruq, amma o gənclərin qabağını almalıyıq. Bizim nəzarət mexanizmimiz yoxdur. Milli şüur o qədər inkişaf etməlidir ki, bu sözlərdən əl çəksinlər. Heç bir gürcü yaxud başqa millət bunu etməz".
Bu gün, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Bu gün, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Bu gün, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Bu gün, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Bu gün, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Bu gün, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Bu gün, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Bu gün, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Bu gün, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Bu gün, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Bu gün, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Bu gün, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Bu gün, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Bu gün, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Bu gün, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA