Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ilə bağlı görülən işlər açıqlanıb
Sosial
26 dek 2025 | 11:18
"Gələn il mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində qlobal siyasət dialoqunu, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsini bir araya gətirən əhəmiyyətli beynəlxalq tədbirdir".

Azerimedia.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə meneceri Eldar Rəsulov bildirib.



Onun sözlərinə görə, WUF13 sessiyası BMT-nin Məskunlaşdırma Proqramı və Azərbaycan hökumətinin birgə təşkil etdiyi ən nüfuzlu beynəlxalq platformalardan biridir:

"WUF13 sessiyası qlobal şəhərsalma gündəliyinin mühüm mərhələsi olmaqla yanaşı, dayanıqlı şəhər inkişafı sahəsində qlobal siyasət dialoqunu, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsini bir araya gətirən əhəmiyyətli beynəlxalq tədbirdir. Forum ilk dəfə olaraq Xəzər və Cənubi Qafqaz regionunda keçiriləcək və tədbirdə 10 minə yaxın beynəlxalq iştirakçı, ümumilikdə isə təxminən 30 min iştirakçının olması gözlənilir".

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ilə bağlı görülən işlər açıqlanıb

E.Rəsulov vurğulayıb ki, əvvəlki WUF tədbirlərindən fərqli olaraq, forum çox sayda dövlət və hökumət başçılarının iştirakı ilə baş tutacaq:

"Tədbir çərçivəsində 40 əsas sessiya və 350 tərəfdaş tədbiri təşkil olunacaq. Forumun əsas tədbirləri işarət dili də daxil olmaqla səkkiz dildə sinxron tərcümə ilə təmin ediləcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkili məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti 30 iyun 2025-ci il tarixində fəaliyyətə başlayıb. Qısa müddət ərzində institusional hazırlıq, məkan infrastrukturu planlaşdırılması, əməliyyatların idarə olunması, nəqliyyat, marketinq və kommunikasiya kimi sahələr üzrə kompleks işlər həyata keçirilib.

Bu miqyasda tədbirin uğurla təşkili üçün peşəkar heyətin formalaşdırılması əsas prioritetlərdən biridir. Hazırda 300 nəfərə yaxın əməkdaşdan ibarət işçi heyəti formalaşdırılıb. Cəlb olunan əməkdaşların əksəriyyəti beynəlxalq tədbirlərin təşkili üzrə təcrübəyə malik peşəkar mütəxəssislərdir".
Bu gün, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Bu gün, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Bu gün, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Bu gün, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Bu gün, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Bu gün, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Bu gün, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Bu gün, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Bu gün, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Bu gün, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Bu gün, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Bu gün, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Bu gün, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Bu gün, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Bu gün, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA