Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - ƏRAZİLƏR
Sosial
9 yan 2026 | 14:00
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm layihənin icrasına başlanılıb.

Azerimedia.Az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Layihə çərçivəsində "Çinarlı" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur. Tunellər "Bakı Metropoliteni" QSC-nin xidməti ərazisinin altından keçməklə layihələndirilib.

Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175.3 metr, hərəkət hissəsinin eni 8.5 metr, daxili hündürlüyü isə 7 metr təşkil edəcək. Avtomobil tuneli iki hərəkət zolaqlı olmaqla inşa ediləcək. Burada hər bir istiqamət üzrə xidməti baxış və piyadalar üçün piyada səkilərinin inşası da nəzərdə tutulub.



Piyadaların hərəkəti üçün nəzərdə tutulan tunelin uzunluğu 201.9 metr təşkil edəcək. Tunel hərəkət hissəsinin eni 6 metr, daxili hündürlüyü 2.7 metr olmaqla inşa ediləcək.

Yeni tunellərin inşası ərazidə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, yol hərəkətinin təhlükəsizliyinin artırılmasına və mövcud tıxacların aradan qaldırılmasına xidmət edəcək. Avtomobil tuneli nəqliyyat vasitələrinin fasiləsiz və rahat hərəkətini təmin etməklə yanaşı, piyada tuneli sakinlərin qarşı tərəfə təhlükəsiz keçidini mümkün edəcək. Bu isə xüsusilə ətrafda yaşayan əhalinin gündəlik hərəkət rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.

Layihənin icrası zamanı müasir yol-nəqliyyat standartlarına uyğun texniki həllərin tətbiqi, eləcə də ətraf mühitə təsirin minimuma endirilməsi nəzərdə tutulur.

Tunellərin istifadəyə verilməsi nəticəsində Abay Kunanbayev küçəsi və ona bitişik ərazilərdə nəqliyyat axınının optimallaşdırılması, şəhər infrastrukturunun funksionallığının yüksəldilməsi və paytaxtın ümumi nəqliyyat şəbəkəsinin daha səmərəli təşkili təmin olunacaq.

Qeyd olunan küçələr arasındakı mövcud piyadalar üçün yeraltı keçid ərazidə avtomobillərin və piyadaların hərəkəti üçün yeni yeraltı tunellər layihələndirildiyindən bağlanıb.
Bu gün, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Bu gün, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Bu gün, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Bu gün, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Bu gün, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Bu gün, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Bu gün, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Bu gün, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Bu gün, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Bu gün, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Bu gün, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Bu gün, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Bu gün, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Bu gün, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Bu gün, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA