Azərbaycanda gömrük bəyannamələri daha sürətli olacaq: Yerli süni intellekt platforması təqdim olunur
Sosial
16 noy 2026 | 11:39
Azərbaycanda gömrük bəyannamələri daha sürətli olacaq: Yerli süni intellekt platforması təqdim olunur
Azərbaycanda idxal, ixrac və tranzit əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanmasını sürətləndirmək məqsədilə yerli süni intellekt platforması yaradılıb.

Azerimedia.Az xəbər verir ki, "AZAİ TECH" şirkəti tərəfindən hazırlanan "Deklara" platforması gömrük sənədlərini emal edir, onlardakı məlumatları avtomatik çıxarır, mallar üçün Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası (XİF MN) kodlarını təklif edir və gömrük bəyannamələrini hazırlayır.

Platforma istifadəçilərə invoys, qablaşdırma siyahısı, nəqliyyat sənədləri və digər müşayiətedici sənədləri yükləməklə bəyannamə məlumatlarını avtomatik formalaşdırmaq imkanı verir. Hazırlanmış məlumatlar istifadəçinin yoxlamasından sonra Dövlət Gömrük Komitəsinin (DGK) elektron gömrük sistemi ilə inteqrasiya vasitəsilə ötürülə bilir.

Bəyannamələrin hazırlanması zamanı vaxt aparan sənədlərin araşdırılması, məlumatların əl ilə köçürülməsi və mal kodlarının müəyyənləşdirilməsi prosesləri platforma vasitəsilə avtomatlaşdırılır. Nəticədə mütəxəssislər vaxtlarını sənədlərin yoxlanılmasına və yekun qərarların qəbuluna yönəldə bilirlər.

"Deklara" idxal, sərbəst dövriyyə üçün buraxılış, ixrac və tranzit gömrük prosedurları üzrə bəyannamələrin hazırlanmasını dəstəkləyir. Platformanın əsas funksiyaları arasında aşağıdakılar yer alır:

- Sənədlərin avtomatik emalı: İnvoys və digər müşayiətedici sənədlərdəki məlumatlar süni intellekt vasitəsilə oxunur, çıxarılır və sistemləşdirilir;

- XİF MN kodlarının müəyyənləşdirilməsi: Malların təsvirinə və sənədlərdəki məlumatlara əsasən uyğun 10 rəqəmli kodlar təklif olunur;

- Malların qruplaşdırılması: Oxşar məhsullar müvafiq kod qrupları üzrə avtomatik qruplaşdırılır;
Böyük həcmli sənədlərin emalı: Şirkətin məlumatına görə, 100-dən çox mal qrupu olan invoyslar bir neçə bəyannaməyə bölünə bilir;

- İstifadəçi nəzarəti: Bəyannamənin bütün məlumatları istifadəçi tərəfindən yoxlanıla və zərurət olduqda redaktə edilə bilər. Yekun təsdiq və təqdimetmə istifadəçinin məsuliyyətindədir.

Platformadan həm birbaşa, həm də dolayı gömrük təmsilçiləri, o cümlədən gömrük brokerləri istifadə edə bilərlər.

"Deklara" platformasının əsas xüsusiyyətlərindən biri rəsmi elektron gömrük sistemi ilə inteqrasiyasıdır.

DGK-nın tabeliyində fəaliyyət göstərən "Azərterminalkompleks" Birliyi ilə əməkdaşlıq çərçivəsində bu inteqrasiya təmin edilib.

Beləliklə, istifadəçilər sənədləri platformaya yükləyərək bəyannamə məlumatlarını hazırlaya, nəticələri yoxlaya və müvafiq elektron sistemə ötürə bilirlər.

Hazırda 500-dən artıq istifadəçi platformaya qoşulub və onun xidmətlərindən yararlanır.

"Deklara" platformasında aylıq abunə haqqı nəzərdə tutulmayıb. Ödəniş istifadə edilən bəyannamə vərəqlərinin sayına uyğun hesablanır. Şirkətlər xidmət paketlərini hesab-faktura əsasında əldə edə bilərlər.

Platformada qeydiyyat ödənişsizdir. Qeydiyyatdan keçən yeni istifadəçilərə 20 hədiyyə vərəqi təqdim olunur. Təklif məhdud müddət üçün nəzərdə tutulub.

"AZAİ TECH" MMC-nin həmtəsisçisi və direktoru Nurlan Aslanov bildirib ki, platformanın əsas məqsədi gömrük bəyannamələrinin hazırlanması zamanı mütəxəssislərin vaxtını alan texniki işləri avtomatlaşdırmaqdır:
Bəyannamə hazırlığında vaxtın böyük hissəsi sənədlərdəki məlumatların əl ilə köçürülməsinə və mal kodlarının axtarılmasına sərf olunur. "Deklara" bu işlərin avtomatlaşdırılmasını təmin edir ki, mütəxəssis vaxtını yoxlamaya və qərarların qəbuluna yönəldə bilsin. Azərbaycandan keçən yük axını artdıqca gömrük rəsmiləşdirilməsinin sürəti şirkətlər üçün mühüm əhəmiyyət daşıyır".

Şirkətin digər həmtəsisçisi Üzeyir Süleymanov isə platformanın deklarantın peşəkar fəaliyyətini əvəz etmədiyini vurğulayıb:

"Süni intellekt mallar üçün uyğun kodları təklif edir, sənədləri emal edir və bəyannamə məlumatlarını hazırlayır. Lakin yekun qərarı həmişə mütəxəssis özü verir".

Ü.Süleymanov məhsulun Azərbaycanda hazırlandığını və hazırda onun Mərkəzi Asiya bazarlarına çıxarılması istiqamətində iş aparıldığını da bildirib.

Qeyd edək ki, "Deklara" B2B (biznesdən-biznesə) istiqamətli özəl texnoloji məhsuldur. Məhsulun əmtəə nişanı Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb və "AZAİ TECH" MMC-yə məxsusdur.

Platformadan istifadə üçün deklara.ai saytında ödənişsiz olaraq qeydiyyatdan keçmək kifayətdir. Suallarınızı "WhatsApp" vasitəsilə birbaşa süni intellekt assistentinə ünvanlaya bilərsiniz - dərhal cavablandırılacaq: (+994 10) 250-20-60.
Bu gün, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
Bu gün, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
Bu gün, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
Bu gün, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq
21-11-2026, 10:27
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
21-11-2026, 10:23
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
21-11-2026, 10:09
Sumqayıtda yol çökdü
21-11-2026, 10:00
Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib
21-11-2026, 09:31
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub
21-11-2026, 09:13
Almaniyada təhlükəli infeksiya sürətlə yayılır: Yoluxma sayı rekord həddə çatdı
20-11-2026, 15:47
Evlənənlərin sayı azaldı, boşanmalar eyni qaldı
20-11-2026, 15:42
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
20-11-2026, 15:30
Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin sayı açıqlandı
20-11-2026, 15:04
Azərbaycan əhalisinin sayı açıqlandı
20-11-2026, 14:30
“AccessBank”ın sədri və rəhbər şəxsləri vəzifədən azad olundu
20-11-2026, 14:20
Çempionlar Liqası: “Barselona”nın Bakıya gəliş tarixi məlum olub
20-11-2026, 14:10
Sosial müavinətlər və təqaüdlər bu tarixdə ödəniləcək
20-11-2026, 14:00
Bakı-Hanoy əlaqələrində yeni əməkdaşlıq mərhələsi başlayır - Video
20-11-2026, 13:50
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü - Yeniləndi
20-11-2026, 13:30
Həyətyanı torpağına sənəd ala bilməyənlərin nəzərinə - Yeni qayda gəlir