Deputatlar üçün yeni qadağa müəyyənləşir
Sosial
8 dek 2023 | 14:25
Milli Məclis “Arbitraj haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.

Parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan layihə 8 fəsildən və 59 maddədən ibarətdir.

Sənəddə əsas anlayışlar, qanunun tətbiq dairəsi, arbitraj təşkilatlarının təşkili formaları və prinsipləri, arbitrajda baxılan işlər, arbitraj sazişi, arbitraj icraatı və digər məsələlər əksini tapıb.

Layihəyə əsasən, daxili arbitraj icraatına münasibətdə arbitrə dair tələblər müəyyənləşir. İşin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə azı 3 il iş stajına malik olan fiziki şəxslər arbitr ola bilərlər.

Mübahisəni təkbaşına həll edən arbitr yuxarıda qeyd edilən tələblərlə yanaşı, ali hüquq təhsilinə malik olmalıdır. Mübahisənin kollegial qaydada həll edilməsi halında tərəflər arasında digər razılıq olmadıqda, arbitraj məhkəməsi tərkibinin sədri ali hüquq təhsilli olmalıdır.

Arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydaları ilə arbitr üçün əlavə tələblər müəyyən edilə bilər.

Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, dövlət qulluqçuları, hərbi qulluqçular, bələdiyyə üzvləri və qulluqçular, publik hüquqi şəxslərin işçiləri, Azərbaycan Respublikasının hakimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (arbitraj icraatının başlandığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), dövlət qulluğu olmayan digər dövlət orqanlarında əmək münasibətlərinə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş, habelə Mediasiya Şurası üzvlüyündən çıxarılmış şəxslər arbitr ola bilməzlər.Qeyd olunub ki, qanunun 13.2-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, kommersiya mübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədə sərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına, qanuni mənafelərinə toxunmayan bütün mübahisələr arbitrajda həll edilə biləcək.

Bundan başqa, cinayət və inzibati xətalarla bağlı işlər, inzibati və digər publik hüquq münasibətlərindən irəli gələn işlər, ailə münasibətlərindən irəli gələn mübahisələr, şəxsin hüquqi vəziyyəti (statusu) ilə bağlı işlər, əmək mübahisələri, ətraf mühitin mühafizəsi sahəsində mübahisələr, vərəsəlik işləri, əqli mülkiyyət hüquqlarının müəyyən edilməsi və bu hüquqların qeydiyyatı ilə bağlı mübahisələr, rəqabət hüququ və istehlakçıların hüquqlarının müdafiəsi, habelə istehlak kreditləri ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı yaranan mübahisələr, müflisləşmə və iflasa dair işlər, hüquqi şəxsin ləğvi, yaxud onun qərarlarının ləğvi ilə bağlı dair işlər (hüquqi şəxsin Azərbaycanda hüquqi ünvanı (olduğu yer) olduqda), fiziki şəxslərin tərəf olduğu mübahisələr (bu mübahisələr fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda), yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər, Azərbaycan ərazisində yerləşən daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələr arbitrajda həll edilə bilməyəcək.

Müzakirələrdən sonra yeni qanun layihəsi I oxunuşda qəbul edilib.
14-08-2026, 13:17
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB
14-08-2026, 12:21
Yeni ekspres marşrutlar fəaliyyətə başladı
14-08-2026, 11:30
Xalq artisti Alim Qasımovun doğum günüdür - VİDEO
14-08-2026, 11:22
Pensiyalar ödənildi
14-08-2026, 11:13
Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
14-08-2026, 11:10
Məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat etdi - VİDEO
14-08-2026, 10:45
Kəlbəcərdə minaya düşən şəxsin VƏZİYYƏTİ MƏLUM OLDU
14-08-2026, 10:20
Azərbaycan XİN Pakistanı təbrik etdi
14-08-2026, 10:01
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
14-08-2026, 10:00
Kolleclərə qəbulun nəticələri elan olundu
12-08-2026, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
12-08-2026, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
12-08-2026, 16:30
Kolumbiyada matəm elan olundu
12-08-2026, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
12-08-2026, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
12-08-2026, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
12-08-2026, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
12-08-2026, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
12-08-2026, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
12-08-2026, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
12-08-2026, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
12-08-2026, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
12-08-2026, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
12-08-2026, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub