Araz çayı üzərində Azərbaycanı Naxçıvanla birləşdirən yolun və körpünün tikintisi aparılır FOTO/VİDEO
Sosial
18 yan 2024 | 16:41
Azərbaycan Respublikasının əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpünün tikintisi işləri icra olunur.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən (AAYDA) məlumat verir ki, Azərbaycan Respublikası Prezidentinin Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə tikinti işləri davam etdirilir.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantı yolu və Araz çayı üzərində körpü layihəsi Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunun 111.8 km-dən ayrılır.

Qeyd olunan layihə üzrə inşa edilən 7.2 kilometrlik 1 dərəcəli bağlantı avtomobil yolunda süni qurğuların (istinad divarları, müxtəlif diametrli borular, düzbucaqlı borular, keçidlər və beton küvetlər) və torpaq yatağının tikintisi davam etdirilir. Görülmüş işlərin fiziki tərəqqisi 80% təşkil edir.
Layihə çərçivəsində Araz çayı üzərində uzunluğu 374 və eni isə 27.6 metr təşkil edəcək avtomobil körpüsünün inşasına da start verilib. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamətdə üzrə körpü üzərində 2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.

Hazırda ərazidə körpünün dayaq svaylarının vurulması və svay başlıqlarının qurulması işləri davam etdirilir. Bu işlər üzrə tərəqqi 10% təşkil edir.
“İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində inşa edilən avtomobil körpüsü iki ölkə ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Tikiləcək, avtomobil körpüsünün gündəlik buraxılış qabiliyyəti 1100 ədəd yük-nəqliyyat vasitələrinin təşkil edəcəkdir.







Dünən, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
Dünən, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
Dünən, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Dünən, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
Dünən, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
Dünən, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
Dünən, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
Dünən, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
Dünən, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
Dünən, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Dünən, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
Dünən, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
Dünən, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
Dünən, 09:30
AZAL bilet qiymətlərini endirdi
Dünən, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu
24-11-2026, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
24-11-2026, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
24-11-2026, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
24-11-2026, 14:20
Metronun iş vaxtı dəyişdirilir
24-11-2026, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
24-11-2026, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
24-11-2026, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
24-11-2026, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
24-11-2026, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
24-11-2026, 12:07
Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib
24-11-2026, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
24-11-2026, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb