İcma: “Fransandan sülhə maneə olmamağı tələb edirik”
Sosial
9 may 2024 | 14:59
“Fransanın Ermənistandakı səfiri, azərbaycanofob Olivye Dekotini “Azadlıq” radiosunun erməni xidmətinə mayın 8-də verdiyi müsahibəsində bir daha məsuliyyətsiz və destruktiv bəyanatlar səsləndirərək regiondakı vəziyyəti gərginləşdirməyə və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət dinamikanı pozmağa çalışıb”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının (QAİ) bəyanatında yer alıb.

“Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia edən səfir yaxşı bilir ki, bütün bunlar Fransanın Cənubi Qafqaza soxulması, Ermənistana silah satışına haqq qazandırmaq üçün ortaya atdığı uydurmadır.

Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olması barədə sərsəmləməsi ilə əlaqədar olaraq, icma, ilk növbədə, Fransanın Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyini qınayır. Bundan əlavə, “beynəlxalq instansiyalar” təkcə islamofob, korrupsioner Avropa Parlamenti deyil. “Beynəlxalq instansiyalar” həm də bu günlərdə keçirilmiş Bancul sammitində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı barədə birmənalı qərar verən İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan 57 ölkədir.

Dekotininin Parisin məsləhətləşmə üçün geri çağırdığı və təkrar Bakıya geri göndərdiyi səfir Ann Buayonun harada olması barədə suala verdiyi cavab bütün diplomatik normalardan kənar, ucuz və cılız xarakter daşımaqla, onun şəxsən özünün və Fransanın destruktiv yanaşmasını ortaya qoyur. Faktiki olaraq, Fransa siyasiləşmiş erməni kilsəsinin və “ruhaniləri”nin hazırda Ermənistanda apardıqları dini radikalizmini, revanşizmi və anti-sülh fəaliyyətini dəstəkləyir. Fransız səfirin “ermənidən çox erməni” olmaq istəyi, Azərbaycanın əleyhinə yersiz “atmacalar”ı, özünü “dövrün Taleyran”ı hesab etməsi acınacaqlıdır.

QAİ Fransadan destruktiv siyasətindən əl çəkməyi, regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edir", - deyə icmadan bildirilib.
Dünən, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
Dünən, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
Dünən, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Dünən, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
Dünən, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
Dünən, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
Dünən, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
Dünən, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
Dünən, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
Dünən, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Dünən, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
Dünən, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
Dünən, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
Dünən, 09:30
AZAL bilet qiymətlərini endirdi
Dünən, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu
24-11-2026, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
24-11-2026, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
24-11-2026, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
24-11-2026, 14:20
Metronun iş vaxtı dəyişdirilir
24-11-2026, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
24-11-2026, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
24-11-2026, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
24-11-2026, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
24-11-2026, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
24-11-2026, 12:07
Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib
24-11-2026, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
24-11-2026, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb