COP29 günlərində enerji təchizatının dayanıqlığı üçün əks-qəza məşqləri keçirilib Video
Sosial / Video
5 noy 2024 | 11:29
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası, o cümlədən Bakı şəhərinin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir.

Azerimedia.az “Azərenerji” ASC-yə istinadən xəbər verir ki, bu tədbirlərin tərkib hissəsi olaraq hava durumu və digər fövqəladə şərait üzündən enerjisistemdə baş verə biləcək qəza hallarında operativ personalın hərəkəti, qəzanın aradan qaldırılması, işlərin qüsursuz təşkilinin simulyasiyası üçün əməliyyat heyətlərinin iştirakı ilə regional əks-qəza məşqləri keçirilib.

Əməliyyat heyətinin bilik və vərdişlərinin artırılması, həmçinin “Azərenerji” və “Azərişıq” ASC-lərin mərkəzi dispetçer idarəetməsi arasında koordinasiyanın gücləndirilməsi üçün keçirilən regional əks-qəza məşqində, əsasən şərti olaraq Bakı şəhərinin ötürücü şəbəkə infrastrukturunu enerjisistemlə əlaqələndirən 220 kV-luq elektrik verilişi xətləri açılarsa, alternativ sxem yığılaraq ən qısa zamanda şəhərin elektrik enerjisi ilə təchizatının bərpa edilməsi simulyasiya edilib.

Əks-qəza məşqinə “Azərenerji” və “Azərişıq” ASC-lərin mərkəzi dispetçer xidmətlərinin, eyni zamanda ötürücü və paylayıcı müəssisələrin əməliyyat heyəti cəlb edilib.

Mərkəz olaraq “Azərenerji”nin 220 kilovoltluq “Nizami” yarımstansiyası seçilən əks-qəza məşqi noyabrın 11-24-də Bakı şəhərində keçiriləcək COP29 tədbirlərinə elektroenergetika infrastrukturunun hazırlıq səviyyəsini yüksəltmək, əməliyyat personalının praktik vərdişlərini artırmaq məqsədi daşıyır.
Bu gün, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
Bu gün, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
Bu gün, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Bu gün, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
Bu gün, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
Bu gün, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
Bu gün, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
Bu gün, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
Bu gün, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
Bu gün, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Bu gün, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
Bu gün, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
Bu gün, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
Bu gün, 09:30
AZAL bilet qiymətlərini endirdi
Bu gün, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu
Dünən, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Dünən, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Dünən, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Dünən, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Dünən, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Dünən, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Dünən, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Dünən, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Dünən, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Dünən, 12:07
Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib
Dünən, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Dünən, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb