Tikilməkdə olan Əlicançay su anbarında işlər davam etdirilir
Sosial
5 noy 2024 | 11:30
Son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib.

Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir.

Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Əlicançay su anbarının tikintisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su anbarının tikintisinə Prezident İlham Əliyevin "Əlicançay su anbarının tikintisi haqqında" 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.

Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kubmetr, çay hövzəsində qurulan bəndin qaşı üzrə uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir. Anbar tikilib istifadəyə verildikdən sonra Şəki və Qax ərazisində 3483 ha əkin sahəsinin su təminatı yaxşılaşacaq, o cümlədən 29517 ha yeni torpaq sahəsi su ilə təmin olunacaq. Ümumilikdə 33 000 ha əkin sahəsinin su ilə tam təmin olunacaq.

Şəki və Oğuz rayonları ərazisində yerləşən su anbarında tikinti işlərinin yerinə yetirilməsi üçün hazırlıq işləri tamamlanmış, göl ərazisinin təmizlənməsi, dib suburaxanın xəndəyinin, bənd özülünün, gil, qum-çınqıl karxanalarının üst qatının və sel sutullayıcısının qazma işləri davam edir.



21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq
21-11-2026, 10:27
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
21-11-2026, 10:23
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
21-11-2026, 10:09
Sumqayıtda yol çökdü
21-11-2026, 10:00
Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib
21-11-2026, 09:31
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub
21-11-2026, 09:13
Almaniyada təhlükəli infeksiya sürətlə yayılır: Yoluxma sayı rekord həddə çatdı
20-11-2026, 15:47
Evlənənlərin sayı azaldı, boşanmalar eyni qaldı
20-11-2026, 15:42
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
20-11-2026, 15:30
Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin sayı açıqlandı
20-11-2026, 15:04
Azərbaycan əhalisinin sayı açıqlandı
20-11-2026, 14:30
“AccessBank”ın sədri və rəhbər şəxsləri vəzifədən azad olundu
20-11-2026, 14:20
Çempionlar Liqası: “Barselona”nın Bakıya gəliş tarixi məlum olub
20-11-2026, 14:10
Sosial müavinətlər və təqaüdlər bu tarixdə ödəniləcək
20-11-2026, 14:00
Bakı-Hanoy əlaqələrində yeni əməkdaşlıq mərhələsi başlayır - Video
20-11-2026, 13:50
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü - Yeniləndi
20-11-2026, 13:30
Həyətyanı torpağına sənəd ala bilməyənlərin nəzərinə - Yeni qayda gəlir
19-11-2026, 17:24
Tanınmış dərman şirkəti Azərbaycandan gedir
19-11-2026, 17:06
Məleykə Abbaszadə BDU-da kollektivə təqdim olunub
19-11-2026, 16:28
Bakıda və rayonlarda sabah külək güclənəcək
19-11-2026, 16:09
35 ildən sonra yenidən Xankəndinin oyununda