Milli Məclis: "COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşılıb"
Sosial
9 noy 2024 | 15:00
"Global Witness" adlı beynəlxalq qeyri-hökumət təşkilatı (QHT) noyabrın 8-də apardığı "araşdırma" ilə bağlı iki xəbər yayıb. "COP rəsmiləri gizli araşdırma zamanı saxta sərmayəçi üçün qalıq yanacaqla bağlı danışıqları asanlaşdırır" və "COP29 neft sövdələşmələri üçün" başlıqlı yazılarda COP29-un baş icraçı direktoru Elnur Soltanovla videokonfrans formatında keçirilmiş görüşə istinad olunaraq beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşılıb.

Bu barədə Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd olunub.

Bildirilib ki, xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın aidiyyəti qurumlarla birgə araşdırması nəticəsində məlum olub ki, doğrudan da, cari il sentyabrın 13-də Elnur Soltanovla özünü Honkonqda yerləşən şirkətin nümayəndəsi kimi təqdim edən Steven Li adlı şəxs arasında "Zoom" platforması vasitəsilə danışıq baş tutub: "Eyni zamanda, həmin görüşün videoqeydinin aparılması ilə bağlı qarşı tərəf E.Soltanova xəbərdarlıq etməyib".

Həmçinin vurğulanıb ki, "Global Witness" qeyri-hökumət təşkilatları tərəfindən dünyada qəbul olunmuş ümumi fəaliyyət prinsipləri ilə bir araya sığmayan, daha çox xüsusi xidmət orqanlarının işini xatırladan metoddan istifadə edərək, hüquqi nəticələr yaradan hərəkətlərə yol verib:

"Belə ki, "Global Witness" COP29-u hədəf alaraq, qanunla qadağan olunan kiberaldatma və təqlidetmə texnologiyalarından istifadə edərək "EC Capital Holdings" adlı saxta şirkət, onun veb-səhifəsini (www.eccapitalholdings.com) və Steven Linin "LinkedIn" platformasında saxta profilini yaradaraq, COP29 komandası ilə əlaqəyə girib və bir sıra rəsmilərin etibarından sui-istifadə edərək COP29 ərəfəsində Azərbaycana qarşı əlaqələndirilmiş formada aparılan informasiya əməliyyatı və dezinformasiya kampaniyasının iştirakçısı olub".

Diqqətə çatdırılıb ki, bu əməliyyatda "Global Witness"ə informasiya dəstəyi BBC tərəfindən verilib:
"BBC-nin "COP29-un baş icraçı direktoru qalıq yanacaq sövdələşmələrini təbliğ edərkən lentə alınıb" başlıqlı məqaləsində "Global Witness" tərəfindən çəkilişin gizli aparıldığı etiraf edilir, eyni zamanda, qərərsiz jurnalistika prinsiplərinə zidd olaraq, görüşün bir hissəsi paylaşılır və bununla da informasiya manipulyasiyasına yol verilir. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya "Global Witness" və BBC tərəfindən aparılan bu fəaliyyətləri hibrid hücum kimi dəyərləndirir və məsələnin daha dərindən araşdırılması üçün bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcək".
14-08-2026, 13:17
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB
14-08-2026, 12:21
Yeni ekspres marşrutlar fəaliyyətə başladı
14-08-2026, 11:30
Xalq artisti Alim Qasımovun doğum günüdür - VİDEO
14-08-2026, 11:22
Pensiyalar ödənildi
14-08-2026, 11:13
Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
14-08-2026, 11:10
Məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat etdi - VİDEO
14-08-2026, 10:45
Kəlbəcərdə minaya düşən şəxsin VƏZİYYƏTİ MƏLUM OLDU
14-08-2026, 10:20
Azərbaycan XİN Pakistanı təbrik etdi
14-08-2026, 10:01
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
14-08-2026, 10:00
Kolleclərə qəbulun nəticələri elan olundu
12-08-2026, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
12-08-2026, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
12-08-2026, 16:30
Kolumbiyada matəm elan olundu
12-08-2026, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
12-08-2026, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
12-08-2026, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
12-08-2026, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
12-08-2026, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
12-08-2026, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
12-08-2026, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
12-08-2026, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
12-08-2026, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
12-08-2026, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
12-08-2026, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub