Üzərinə həbs qoyulmuş əmlakın idarəsi, satışı və icarəsi üçün yeni qaydalar təklif olunur
Sosial
14 fev 2025 | 10:00
Üzərinə həbs qoyulmuş əmlakın qanunla müəyyən edilmiş hallarda və qaydada idarə edilməsi ilə əlaqədar tədbirlər görülə bilər.
Bu məsələ Milli Məclisin fevralın 14-də keçirilən iclasında müzakirəyə çıxarılmış Mülki Məcəlləyə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Bu Qanun üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.

Qeyd edilib ki, adıçəkilən qanunla üzərinə həbs qoyulmuş əmlakın saxlanılması, əmlaka qulluqla əlaqədar tədbirlərin görülməsi, eləcə də həmin əmlakın idarə edilməsinin (əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi) hüquqi bazasının təkmilləşdirilməsi həyata keçirilib. Eyni zamanda, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinin halları və qaydasını nəzərdə tutan Cinayət-Prosessual Məcəlləsinə yeni 253-1-ci maddə əlavə edilib. Həmçinin bu məsələlərin ətraflı tənzimlənməsi zərurətini nəzərə alaraq, üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları da Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

Bu dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda, üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət hüququnun məzmunu ilə bağlı olduğundan Mülki Məcəlləyə müvafiq dəyişiklik təklif olunur.

Qanun layihəsinin Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların müəyyən edildiyi gündən qüvvəyə minməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start