Xalq artisti Arif Babayevin doğum günüdür - VİDEO
Video / Mədəniyyət
20 fev 2026 | 11:41
Fevralın 20-si Azərbaycanın ustad xanəndəsi, professor Arif Babayevin doğum günüdür.
Azerimedia.Az xatırladır ki, sənətkar 1938-ci ildə Ağdamın Sarıhacılı kəndində anadan olub.

Arif Babayev Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq həyatı Bakı şəhəri ilə bağlı olub.

O, 1962-ci ildə Teatr İnstitutunu (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red.) bitirib. 1963-66-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında, 1966-cı ildə isə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.

Videoya baxmaq üçün linkə daxil olun

Arif Babayev muğam operalarında "Məcnun", "Kərəm" (Ü.Hacıbəyov - "Leyli-Məcnun", "Əsli və Kərəm"), "Aşıq Qərib" (Z.Hacıbəyov - "Aşıq Qərib"), "Camal" (Ş.Axundova - "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb. Arif Babayevin ifasında bütün muğam dəsgahları lentə alınaraq "AzTV"nin Qızıl fonduna daxil edilib.

1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. İki il sonra ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adını alıb.

Xalq artisti Arif Babayev hazırda Milli Konservatoriyanın muğam kafedrasının müdiri olub.

O, həmçinin, Xəzər Universitetində də muğam dərsi verib.

A.Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin nümayəndələrindən biri kimi tarixə düşüb.

Onun yaradıcılığında "Şur", "Segah" muğam dəsgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərb muğamları xüsusi yer tutur. Xüsusilə, "Segah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.

Qeyd edək ki, ustad xanəndə 1978-ci il yanvarın 10-da "Azərbaycan SSR Əməkdar artisti", 1989-cu il martın 21-də "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına layiq görülüb. 1998-ci il fevralın 19-da "Şöhrət", 2008-ci il fevralın 15-də "İstiqlal", 2018-ci il fevralın 20-də "Şərəf" ordenləri ilə təltif olunub. 2010-cu il mayın 10-da "Qızıl çinar" beynəlxalq mükafatı verilib.

Sənətkar 1 avqust 2025-ci ildə, 87 yaşında dünyasını dəyişib.
Bu gün, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Bu gün, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu gün, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Bu gün, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN