Nəqliyyatda yeni tarif YALNIZ NAĞDSIZ ödənişlərə şamil olunacaq
Cəmiyyət
29 sen 2025 | 12:20
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.

Azerimedia.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası məlumat yayıb.

Məlumata əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən olunur.

Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Eyni zamanda, tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.
Bu gün, 15:24
Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi - FOTO
Bu gün, 15:21
İlham Əliyevin Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüşü olub - VİDEO
Bu gün, 15:20
Bakıda DÖRD NƏFƏR dənizdə batdı
Bu gün, 14:05
Danışıqlar ABŞ-nin hansı qərarından asılıdır: Tehran Vaşinqtondan nə gözləyir?
Bu gün, 13:46
89 nəfərin Şükürbəyli həsrəti sona çatıb: Açarlar təqdim edilib
Bu gün, 13:32
Bir qrup müəllimə ŞAD XƏBƏR: Maaşlarına əlavələr ediləcək
Bu gün, 13:14
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Bu gün, 13:11
Türkmənistan prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
Bu gün, 13:08
Bülbülün doğum günüdür - FOTO - VİDEO
Bu gün, 12:48
Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi
Bu gün, 11:38
Xalid Əhədov: "Kənd təsərrüfatında əsas hədəf intensiv inkişafa keçidin təmin olunmasıdır"
Bu gün, 11:32
İlham Əliyevin Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüşü olub - FOTO
Bu gün, 11:13
Elvin Cəfərquliyevlə bağlı "Qarabağ" azarkeşlərinə ŞAD XƏBƏR - FOTO - VİDEO
Bu gün, 11:05
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Bakıda qarşıladı - FOTO
Bu gün, 10:58
Bakı İlahiyyat Kolleci ilk məzunları ilə vidalaşdı
Bu gün, 10:40
Boliviyada təyyarə qəzaya uğradı: Bir nəfər də sağ qalmadı - VİDEO
Bu gün, 10:00
Əhəd Məmmədov və Cəlal Bayramova yüksək vəzifə verildi - FOTO
19-06-2026, 14:45
Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni səlahiyyətlər verilib
19-06-2026, 14:43
Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib
19-06-2026, 14:06
"Qarabağ"ın oyunu ləğv edildi - SƏBƏB
19-06-2026, 13:54
Prezidentdən XİN-in bəzi əməkdaşlarının vəzifə maaşları ilə bağlı FƏRMAN
19-06-2026, 13:53
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət müəyyənləşib
19-06-2026, 13:38
Taksi sürücülərinə ŞAD XƏBƏR - Deputat nə təklif etdi?
19-06-2026, 13:19
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
19-06-2026, 12:40
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib - FOTO
19-06-2026, 12:13
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO
19-06-2026, 11:25
Cavan Zeynallının səhhətində problem yaranıb?