MDB ölkələrinin jurnalistləri Şuşa və Xankəndiyə səfər ediblər
Cəmiyyət
3 okt 2025 | 10:27
III MDB Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gələn altı ölkənin KİV nümayəndələri Şuşa - Xankəndi marşrutu üzrə yaddaqalan mediaturun iştirakçıları olublar.

Azerimedia.Az-ın məlumatına görə, Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada jurnalistlər onun zəngin tarixi-mədəni irsi və qədim şəhərin təkrarolunmaz ab-havası ilə tanış olublar.

Mediaturun marşrutu Şuşanın Mərkəzi Meydanından başlayıb. Meydana yaxın ərazidə yerləşən əfsanəvi Xan qızı bulağı XIX əsrdə görkəmli şair Xurşidbanu Natəvan tərəfindən çəkilib. Xalq arasında "Xan qızının bulağı" adı şairin xeyirxah əməlini ehtiramla yaşadır.

Daha sonra jurnalistlər şəhərin ən tanınmış simvollarından biri olan Şuşa qalasının Gəncə qapılarını izləyə biliblər. Qarabağ xanı Pənahəli xan tərəfindən 1750-1752-ci illərdə inşa edilən qala vaxtilə üç əsas girişə - Gəncə, İrəvan və Ağoğlan qapılarına malik olub. Bu tarixi məkan bu gün dünyanın hər yerindən gələn qonaqların ən çox şəkil çəkdirdiyi yerlərdəndir.

Xüsusi diqqəti isə möhtəşəm memarlıq abidəsi - Yuxarı Gövhər ağa məscidi cəlb edib. Bu abidə Şuşanın mədəni irsinin mühüm parçasıdır.

Jurnalistlərdə unudulmaz təəssürat yaradan məkan isə Cıdır düzü olub. Daşaltı dərəsinin kənarında yerləşən bu məşhur məkan hər bir azərbaycanlı üçün rəmz, xarici qonaqlar üçün isə kəşf olub.

Növbəti dayanacaq Şuşadan dörd kilometr məsafədə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə, sıx meşənin içində yerləşən "İsa bulağı" istirahət kompleksi olub. Azərbaycan təbiətinin incisi sayılan bu bulağın suyu soyuq, saf və şəfalıdır. Burada qonaqlar üçün nahar təşkil olunduqdan sonra mediatur Xankəndidə davam edib.

Xankəndidə jurnalistlər Qarabağ Universitetini ziyarət ediblər və mühüm idman hadisəsinin şahidi olublar.

Məhz Xankəndi şəhər stadionunda, tamamilə yenilənmiş arenada, III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışları start götürüb. Bu, şəhərin azad olunmasından sonra qəbul etdiyi ilk beynəlxalq idman tədbiridir.

MDB ölkələrinin ən yaxşı oxatanları burada toplaşaraq III MDB Oyunlarının medalları uğrunda mübarizə aparırlar. Turnir oktyabrın 5-dək davam edəcək.

















Dünən, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Dünən, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Dünən, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Dünən, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Dünən, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Dünən, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Dünən, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Dünən, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Dünən, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
30-09-2026, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
30-09-2026, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
30-09-2026, 10:32
Zakir Həsənov onlara müraciət etdi
30-09-2026, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
30-09-2026, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
30-09-2026, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
30-09-2026, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi