Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ: Test imtahanının TARİXİ AÇIQLANDI
Cəmiyyət
10 okt 2025 | 15:00
Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı məlum olub.

Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 28 noyabr 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

"İmtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun 19.11.2025-cü il tarixədək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər 19 noyabr 2025-ci il tarixədək "Şəxsi kabinet" vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.

Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.

Eyni zamanda namizədlərdən müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Əlavə olaraq bildirilir ki, hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login) qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər 19.11.2025-ci il tarixədək ödəniş edə və ya elektron müraciətlərini təxirə sala bilərlər" - deyə kollegiyanın yaydığı məlumatda qeyd olunub.
Dünən, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Dünən, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Dünən, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Dünən, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Dünən, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Dünən, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Dünən, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Dünən, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Dünən, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
30-09-2026, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
30-09-2026, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
30-09-2026, 10:32
Zakir Həsənov onlara müraciət etdi
30-09-2026, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
30-09-2026, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
30-09-2026, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
30-09-2026, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi