Qarabağ kanalının yenidən qurulmasına dair layihə sənədləri 2026-da hazır olacaq
Cəmiyyət
29 okt 2025 | 15:53
Qarabağ suvarma kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun müvafiq əmri ilə yaradılmış İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

Bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

İclasda çıxış edən İşçi qrupun rəhbəri Rafiq Aslanov Qarabağ suvarma kanalının normal su sərfinin 113 m³/san-dən 135 m³/san-dək artırılması, eləcə də torpaq məcralı kanalın beton üzlükdə yenidən qurulması ilə təqribən 300 milyon m³ su itkinin azaldılacağını deyib. O, bunun hesabına suvarılan əkin sahəsini 115 min hektardan 166 min hektara qədər artırılacağını, eyni zamanda, kanalın 106-cı km-dən sonra trassasının dəyişdirilməsi ilə Beyləqan və Ağcabədi rayonlarının Yeni Xanqızı kanalından suvarılan təxminən 20 min hektar ərazilərinin də su təminatının yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini bildirib.

Daha sonra, ADSEA tabeliyində olan layihə institutu və layihəyə cəlb edilmiş PROYAPI və TEMELSU şirkətlərinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış Qarabağ suvarma kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırma təhlilləri və layihə sənədlərinin cari vəziyyəti barəsində təqdimat keçirilib.

Təqdimatda layihənin hazırkı vəziyyəti və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində İşçi qrupunun üzvlərinə ətraflı məlumat verilib.

İclas zamanı, həmçinin, işçi qrupunda təmsil olan müvafiq mərkəzi icra hakimiyyəti orqanları, eləcə də kanalın keçdiyi inzibati ərazilərin şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri layihənin vaxtında və peşəkar formada hazırlandığını bildirərək, fikir və təkliflərini səsləndiriliblər.

Sonda işçi qrupunun rəhbəri qeyd edib ki, Qarabağ suvarma kanalının layihə-smeta sənədlərinin hazırlanması 2026-cı ilin birinci yarısında tamamlanacaq. Layihənin icrası kanalın xidmət göstərdiyi ərazilərdə su təminatının yaxşılaşdırılması ilə yanaşı, ətraf ərazilərin ekoloji və meliorativ vəziyyətinə də müsbət təsir göstəriləcək.

Qeyd edək ki, Qarabağ suvarma kanalının yenidən qurulması layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında" 15 aprel 2024-cü il tarixli, 85 nömrəli Sərəncam əsasında həyata keçirilir.
Bu gün, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Bu gün, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Bu gün, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Bu gün, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Bu gün, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Bu gün, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Bu gün, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Bu gün, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Bu gün, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi