Rüşvət ittihamı ilə işdən çıxarılan direktorun vəzifəsinə qaytarılmasına etiraz edən müəllimlər cəzalandırılıb - RƏSMİ
Cəmiyyət
3 dek 2025 | 10:48
Şərur rayonunun Muğancıq-Mehrab kənd tam orta məktəbində dərsləri boykot edəcəkləri ilə bağlı paylaşım edən müəllimlər barəsində tədbir görülüb.

Bu barədə Naxçıvan Təhsil Nazirliyindən verilən xəbərə görə, sözügedən müəllimlər məktəbin direktoru Sinduz Cəfərovanın yenidən vəzifəyə qaytarılmasına etiraz ediblər.

Məlumatda qeyd edilib ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozaraq tədris müddətində təhsilalanların hüquqlarını məhdudlaşdırmaqla çəkiliş aparılmasına, o cümlədən məktəb və müəllim nüfuzuna xələl gətirən hərəkətlərinə görə çəkilişi təşkil edən pedaqoji heyət barəsində intizam tənbehi tədbirləri görülüb.

"Şərur rayonu Muğancıq-Mehrab kənd tam orta məktəbində 2023-2024-cü tədris ili üçün məktəb idarəçiliyi sahəsinin yoxlanılması məqsədilə Şərur Rayon Təhsil Şöbəsi tərəfindən monitorinq komissiyası yaradılaraq yoxlama aparılıb. Nəticədə Təhsil Şöbəsinin təqdimatı əsasında yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru Sinduz Cəfərova 15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Məhkəmə tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə qətnamə qəbul edilib. Məhkəmənin qətnaməsinə əsasən 24 noyabr 2025-ci il tarixində Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib.

Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb.

Baş vermiş bu neqativ hadisə Təhsil Nazirliyi tərəfindən araşdırılıb. "Təhsilverənlərin etik davranış qaydaları"nı pozaraq tədris müddətində təhsilalanların hüquqlarını məhdudlaşdırmaqla çəkiliş aparılmasına, o cümlədən məktəb və müəllim nüfuzuna xələl gətirən hərəkətlərinə görə çəkilişi təşkil edən pedaqoji heyət barəsində intizam tənbehi tədbirləri görülüb.

Əlavə olaraq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində tədrisin təşkili, idarəetmənin qanunvericiliyə uyğun aparılması, əmək intizamı və s. kimi məsələlər xüsusi diqqətdə saxlanılır. Hazırda məktəbdə tədris prosesi təhsil müəssisəsinin Nizamnaməsinə, həmçinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən ay sözügedən məktəbdə vəzifəsindən azad olunan direktor Sinduz Cəfərovanın yenidən vəzifəyə qayıtmasına etiraz olaraq müəllimlər dekabrın 1-də dərsləri kütləvi şəkildə baykot edəcəklərinə dair paylaşımlar etmişdilər.
Bu gün, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Bu gün, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Bu gün, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Bu gün, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Bu gün, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Bu gün, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Bu gün, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Bu gün, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Bu gün, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi