Martın 9-da buraxılış imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi martın 9-da Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, martın 9-da tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından fevralın 24-dən etibarən çap edib götürə bilirlər.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.
Martın 9-da keçiriləcək imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Bu gün, 15:43
Azərbaycanda əhalinin gəlirləri artıb
Bu gün, 15:42
FIFA-da qiyam: Üç böyük konfederasiya Canni İnfantinoya qarşı birləşdi
Bu gün, 14:39
Ukraynanın Tatarıstana hücumu:12 ölü, 39 yaralı
Bu gün, 13:44
Daha iki ölkədəki səfirlərimiz geri çağırıldı - SƏRƏNCAM
Bu gün, 13:41
Xameneinin kürəkəni Xərrazidən Tehranı silkələyən ÇAĞIRIŞ
Bu gün, 13:40
Azərbaycanla Ukrayna arasında bu Saziş təsdiq edildi
Bu gün, 13:33
Şair Çingiz Əlioğlu dəfn olunub
Bu gün, 11:30
Bakıda çimərlikdən meyit tapıldı
Bu gün, 11:06
Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi
Bu gün, 11:00
İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi - FOTO
7-08-2026, 17:03
Nazirlik 606 mənzilin təmirinə üç milyon manatdan çox vəsait xərcləyəcək
7-08-2026, 16:08
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı
7-08-2026, 16:06
Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edib - FOTO
7-08-2026, 15:10
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik etdi
7-08-2026, 13:59
İlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR
7-08-2026, 13:30
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı - YENİ TƏYİNAT
7-08-2026, 13:20
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
7-08-2026, 13:01
Prezident Tacikistanla imzalanmış sazişi TƏSDİQLƏDİ
7-08-2026, 12:40
Media və Yayım Şurasının strukturu təsdiqlənib
7-08-2026, 11:49
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA hücumu - VİDEO
7-08-2026, 11:45
KİV: Anomal istilər Avropa iqtisadiyyatına 800 milyard avro ziyan vura bilər
7-08-2026, 10:41
Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
7-08-2026, 10:12
Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib
7-08-2026, 10:07
Avropada istilər can almaqda davam edir: Ölənlərin sayı 25 mini keçdi
7-08-2026, 09:43
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək
7-08-2026, 09:34
Mənzillərində istilik sistemi ilə bağlı təmir işləri aparanlara XƏBƏRDARLIQ
6-08-2026, 10:55
Bakıdan Tbilisiyə qatar bileti almaq istəyənlərə ŞAD XƏBƏR