Ali Məhkəmədən şərikli biznes mübahisələrinə son qoyan qərar - VAHİD MƏHKƏMƏ TƏCRÜBƏSİ
Cəmiyyət
13 mar 2026 | 11:53
Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası şəriklik münasibətlərindən irəli gələn mübahisələrlə bağlı vahid məhkəmə təcrübəsini müəyyənləşdirən qərar qəbul edib.

Azerimedia.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə açıqlama yayıb.

Sənəddə bildirilir:

"Tərəflər 2019-2023-cü illərdə birgə ticarət fəaliyyəti ilə məşğul olublar. Onlar maliyyə və gəlirin bölüşdürülməsi ilə bağlı razılaşıblar. Lakin 2023-cü ildə aralarındakı münasibətlər pozulub. Bundan sonra iddiaçı ticarət fəaliyyəti ilə bağlı bütün maliyyə vəsaitinin onun tərəfindən qoyulduğunu deyib. O, cavabdehin isə marketin gündəlik idarəçiliyi ilə məşğul olduğunu və əldə edilən gəlirin aralarında tam bölüşdürülməsi barədə razılaşma olduğunu bildirərək, onun tərəfindən mənimsənildiyini iddia etdiyi 50 min manatın ödənilməsini tələb edib.

Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, ticarət fəaliyyəti ilə bağlı hər ikisi bərabər miqdarda vəsait qoyub, mallar onun adına alınıb, sonradan isə mal aldıqları şirkətlərə borclar yarandığı üçün fəaliyyət dayandırılıb. Hər iki tərəfin iştirakı ilə mağazadakı malların iki dəfə sayımı aparılıb və nəticələr məqbul hesab olunub. Hazırda iddiaçının onun iştirakı olmadan üçüncü dəfə sayım keçirməklə, mal qalığının dəyərinin əsassız olaraq ondan tələb olunduğu bildirilib.

Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehdən iddiaçının xeyrinə 50 min manatın tutulması barədə qərar qəbul edib. Apellyasiya instansiyası isə cavabdehin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb. Cavabdeh bundan sonra kassasiya şikayəti verib.

Ali Məhkəmənin mövqeyinə görə, tərəflər arasında şərikli ticarət fəaliyyəti ilə bağlı şifahi razılaşma mövcud olsa da, kommersiya subyektləri arasında yaranan mübahisələrdə hüquqi müəyyənlik və risklərin idarə olunması baxımından yazılı müqavilənin bağlanması məqsədəuyğundur. Ali Məhkəmə həmçinin vurğulayıb ki, kommersiya münasibətləri daha sistemli, mürəkkəb, gəliryönümli, risk və məsuliyyət daşıyan fəaliyyəti ehtiva edir. Buna görə də, bu münasibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartları daha yüksəkdir.

Nəzərə alınmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb tərəflərin düşünülmüş qərar verməsini, mülki dövriyyənin sabitliyini həyata keçirir, eyni zamanda sübutetmə şərti olaraq çıxış edir.

İddiaçı cavabdehdən şəriklik münasibətlərinə istinadla pul tələb etdikdə, onun tərəfindən birgə fəaliyyətin şərtləri, o cümlədən iddia edilən qaydada şəriklik fəaliyyətinin həyata keçirilməsi (maliyyə vəsaitinin məhz iddiaçı tərəfindən qoyulması, cavabdehin heç bir vəsait qoymadan yalnız icraçı olması və s. ) sübut olunmalıdır. İddia tələbinə qiymət verilərkən bu xüsusatlar nəzərə alınmalıdır.

Sonda Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunub və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib".
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
28-09-2026, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
28-09-2026, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
28-09-2026, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
28-09-2026, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
28-09-2026, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
28-09-2026, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
28-09-2026, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
28-09-2026, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
28-09-2026, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
28-09-2026, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
28-09-2026, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
28-09-2026, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
28-09-2026, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
28-09-2026, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR