Təbii fəlakət zamanı avtomobillərə dəymiş ziyanı kim ÖDƏMƏLİDİR? - FOTO - VİDEO
Cəmiyyət
31 mar 2026 | 16:55
Son günlər ölkə ərazisində yağan intensiv yağışlar yol təsərrüfatına ciddi ziyan vurub.

Azerimedia.Az xəbər verir ki, leysan xarakterli yağıntılardan sonra bir sıra avtomobil yollarında asfalt örtüyü dağılıb, dərin çalalar əmələ gəlib. Xüsusilə hərəkətin intensiv olduğu magistral yollarda bu vəziyyət sürücülər üçün ciddi problemlər yaradıb və maddi zərərlərə səbəb olub.

Belə hallardan biri ötən gün Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Videoya baxmaq ucun linke dqxil olun
Yol örtüyünün yararsız vəziyyətə düşməsi nəticəsində yaranan dərin çuxurlar Bakı istiqamətində hərəkət edən 15-dən çox nəqliyyat vasitəsinin zədələnməsinə və yolda qalmasına səbəb olub.

Bundan əlavə, Bakının Badamdar qəsəbəsində yağan güclü yağışlar nəticəsində hasarın aşması yaxınlıqda park edilmiş avtomobillərə ciddi ziyan vurub.

Videoya baxmaq ucun linke daxil olun

Mövcud vəziyyət sürücüləri düşündürən əsas sualı yenidən gündəmə gətirir: Belə hallarda dəymiş maddi ziyanı kim ödəməlidir?

Məsələ ilə bağlı yol hərəkəti təhlükəsizliyi sahəsində tanınmış ekspert Əziz Talıbov bildirib ki, əgər yağan yağış zamanı hasarın bir hissəsi avtomobilin üzərinə düşüb və nəqliyyat vasitəsi zərər görübsə və əgər avtomobilin kasko sığortası varsa, zərəri kasko şirkəti ödəməlidir.

"Əgər kasko sığorta yoxdursa, təbii ki, sürücü özü ziyanı qarşılamalıdır. Burada məsələnin ikinci tərəfi də var. Kasko sığortası edən şirkət müştərisinə dəyən ziyanı ödədikdən sonra, məhkəmə qaydasında həmin hasarı quraşdıran, əraziyə cavabdeh olan və təhlükəsizliyi təmin etmək öhdəliyi daşıyan dövlət orqanını və ya qurumu məhkəməyə verə bilər. Əgər hadisənin baş verməsində onların səhlənkarlığı və ya işin lazımi səviyyədə təşkil olunmaması sübuta yetirilərsə, ödənilən məbləğ həmin qurumdan geri tələb oluna bilər.

Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən hadisəyə gəlincə isə bu, daha mürəkkəb məsələdir. Bu halda sürücülərə dəymiş ziyanın yol üçün cavabdeh olan qurumdan alınması mümkündür. Lakin bu, yalnız məhkəmə qaydasında sübuta yetirilməlidir. Sübut olunmalıdır ki, həqiqətən də yol örtüyü keyfiyyətsiz olub, yağış zamanı çuxurlar əmələ gəlib, sürücülərə vaxtında xəbərdarlıq edilməyib, ərazidə işıqlandırma olmayıb və s. Bu kimi hallarda əsas səbəb kimi yolun keyfiyyətsizliyi göstərilə bilər və nəticədə məsul qurum sürücülərə dəymiş ziyanı ödəməyə məcbur edilə bilər", - deyə Ə.Talıbov bildirib.

Sığorta eksperti Şahin İsmayılov da bildirib ki, hasarın avtomobillərin üstünə aşması halında əgər zərər görən avtomobillərin kasko sığortası varsa, ödənişi sığorta şirkəti edəcək.


Əgər yaşayış kompleksi MTK-dırsa, və məsuliyyət sığortası varsa, yenə sığorta ödənişi ediləcək. Yox, əgər məsuliyyət sığortası yoxdursa, adi təbii fəlakət kimi qiymətləndiriləcək və avtomobil sahibləri öz zərərlərini qarşılayacaqlar. O ki qaldı yol örtüyünün yarasız vəziyyətdə olması səbəbindən sürücülərə dəyən ziyan həmin yola xidmət və nəzarət etməli olan quruma qarşı sürücülər iddia qaldıra bilərlər və məhkəmə qaydasında dəymiş ziyan ödənilə bilər. Amma bu halda dəymiş zərər yerində rəsmiləşdirilməli və məhkəmədə sübuta yetirilməlidir. Yəni sürücülərə belə hallarla qarşılaşdıqda hadisə yerini sənədləşdirmək, foto və video çəkiliş aparmaq və müvafiq qurumlara müraciət etmək tövsiyə olunur", - deyə ekspert qeyd edib.

Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
28-09-2026, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
28-09-2026, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
28-09-2026, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
28-09-2026, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
28-09-2026, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
28-09-2026, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
28-09-2026, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
28-09-2026, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
28-09-2026, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
28-09-2026, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
28-09-2026, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
28-09-2026, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
28-09-2026, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
28-09-2026, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR