Mayın 24-də qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə
Cəmiyyət
15 may 2026 | 10:16
Mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Azerimedia.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilə də DİM-in "Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi" xidmətindən istifadə edərək "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan qaydaları ilə daha ətraflı "Yaddaş kitabçası"nda tanış olmaq mümkündür.

Qeyd edək ki, III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək və həmin imtahan üçün "İmtahana buraxılış vərəqəsi" növbəti həftəsonu DİM-in saytına yerləşdiriləcək.
Bu gün, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Bu gün, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Bu gün, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Bu gün, 14:00
İran yeni silahlar hazırlayır
Bu gün, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Bu gün, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Bu gün, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Bu gün, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Bu gün, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Bu gün, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
Dünən, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Dünən, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Dünən, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Dünən, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Dünən, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Dünən, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Dünən, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Dünən, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Dünən, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Dünən, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Dünən, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Dünən, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Dünən, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR