Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür - VİDEO
Cəmiyyət
15 iyl 2026 | 14:47
İyulun 15-i Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

Azerimedia.Az xatırladır ki, şəhidimiz 1998-ci ildə Bərdə şəhərində anadan olub.

X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.
O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib.

Daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

O, Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.

Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə çəkib. Həmin video qısa müddət ərzində sosial mediada trendə çevrilib.



Qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlandırılıb.
11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
11-09-2026, 14:23
Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endirib
11-09-2026, 14:00
Paşinyandan həyacan təbili: “Bu, Azərbaycana müharibə elan etməkdir”
11-09-2026, 13:13
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
11-09-2026, 12:30
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
11-09-2026, 12:18
Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
11-09-2026, 11:21
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
11-09-2026, 11:00
İctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?
10-09-2026, 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
10-09-2026, 16:51
Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı qərar
10-09-2026, 16:05
Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olundu
10-09-2026, 16:04
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
10-09-2026, 15:31
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edibmiş
10-09-2026, 15:22
Azərbaycanda küçə ticarətinə nəzarət artırılır
10-09-2026, 15:07
Avqust dünya tarixinin ən isti ayı oldu
10-09-2026, 15:03
AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi
10-09-2026, 14:40
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verildi
10-09-2026, 14:35
Bu sizdən asılıdır - Sürücülərə müraciət
10-09-2026, 14:16
Azərbaycanda dərsliklərə yeni mövzu əlavə ediləcək