Meteor yağışı olacaq
Cəmiyyət
28 avq 2026 | 12:36
Meteor yağışı olacaq


Avqustun 28-dən sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq.

Azerimedia.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Verilən xəbərə görə, Aurigidlər yüksəksürətli meteorları və maraqlı mənşəyi ilə diqqəti cəlb edir. Aurigid meteor yağışının mənbəyi uzunperiodlu C/1911 N1 (Kiess) kometasıdır. Bu kometa 1911-ci ildə amerikalı astronom Karl Klarens Kiess tərəfindən kəşf edilib. O, Günəş ətrafında təxminən 2000-2100 ildə bir dövr edən uzunperiodlu kometalar sinfinə daxildir. Kometa Günəşə yaxınlaşarkən onun səthindən ayrılan toz və kiçik qaya hissəcikləri sublimasiya (maddənin maye hala keçmədən, birbaşa bərk haldan qaz halına keçməsi) edərək orbit boyunca yayılır. Yer hər il bu hissəciklər axınından keçdiyi üçün atmosferdə meteorlar müşahidə olunur.

Aurigid meteorları Yer atmosferinə təxminən 66-67 km/saat sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısaömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70-100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır.

Meteorların görünən çıxış nöqtəsi - radiantı Arabaçı (Auriga) bürcündə yerləşir. Əslində meteoroidlər kosmosda, demək olar ki, paralel istiqamətdə hərəkət etsələr də, müşahidəçiyə elə görünür ki, onların hamısı səmanın eyni nöqtəsindən çıxır.

Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə keçən gecə, xüsusilə gecə yarısından sübhədək olan saatlardır. Bu zaman radiant üfüqdən kifayət qədər yüksəyə qalxır. Bakı üçün radiantın maksimum hündürlüyü təxminən 61° olduğundan real müşahidə zamanı saatda orta hesabla 5 meteor görmək mümkündür. 2026-cı ildə Aurigid meteor yağışının maksimumu zamanı Ayın işığı müşahidələrə müəyyən maneə yaradacaq. Buna görə zəif meteorların bir hissəsi görünməyəcək və real müşahidə olunan meteor sayı az ola bilər.

Meteor yağışını müşahidə etmək üçün teleskop tələb olunmur. Ən yaxşı nəticə şəhər işıqlarından uzaq, açıq səma altında adi gözlə aparılan müşahidələr zamanı əldə edilir. Birbaşa radianta deyil, ondan təxminən 30-40° uzaqda yerləşən səma sahəsinə baxmaq daha məqsədəuyğundur, çünki meteorların izləri həmin istiqamətdə daha uzun və aydın görünür.
Dünən, 13:16
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
Dünən, 13:15
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
Dünən, 12:43
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO
Dünən, 12:19
Paşinyanla Putinin görüş tarixi və gündəliyi açıqlandı - Şok detallar
Dünən, 12:17
Sabah Bakıya və rayonlara yağış yağacaq
Dünən, 11:45
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərdi
Dünən, 11:10
İtkin düşən 16 nəfər tapıldı
Dünən, 11:00
Şəhid jurnalist Sirac Abışovun doğum günüdür
Dünən, 10:30
AAYDA vətəndaşlara müraciət etdi
Dünən, 09:13
Bərgüşadçay su anbarına 130 milyon manat xərclənəcək
28-08-2026, 16:41
Azərbaycandan Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
28-08-2026, 16:39
IV qrupda tələbə adını qazanmayanlar bu ixtisaslara QƏBUL OLUNACAQLAR
28-08-2026, 16:00
Tbilisidə 15 yaşlı azərbaycanlının meyiti günlər sonra tapıldı
28-08-2026, 15:00
Rasim Balayevin yerinə seçki bu tarixdə keçiriləcək
28-08-2026, 14:40
Bu ünvanlardakı binalar sökülə bilər
28-08-2026, 14:30
Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində fəaliyyət göstərən diplomatik korpus kateqoriyasına daxil edilib
28-08-2026, 14:30
Azərbaycanda pensiyaların orta MƏBLƏĞİ ARTIB
28-08-2026, 13:10
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
28-08-2026, 13:00
SOCAR-ın idarəsi yeddi ayda qeyri-neft ixracından 176 milyon dollara yaxın gəlir əldə edib
28-08-2026, 12:36
Meteor yağışı olacaq
28-08-2026, 12:30
Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi
28-08-2026, 11:30
XİN: "Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edirik" - FOTO
28-08-2026, 11:00
Ermənilərin törətdiyi Ballıqaya qətliamının ildönümüdür - FOTO
28-08-2026, 11:00
Ermənilərin törətdiyi Ballıqaya qətliamının ildönümüdür - FOTO
27-08-2026, 14:00
Valentina Matviyenko Mehriban Əliyevaya məktub göndərib
27-08-2026, 13:30
Bu il yüksək nəticə göstərən neçə abituriyent tələbə adı qazanmayıb?
27-08-2026, 13:00
Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib? - STATİSTİKA - FOTO