İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.
Azerimedia.Az AZƏRTAC-a istinadən məktubun mətnini təqdim edir:
"Əlamətdar ildönümü - Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə sizi və sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Müstəqilliyini qazandıqdan ötən dövr ərzində qardaş Özbəkistan hərtərəfli və dinamik inkişaf yolu keçərək böyük uğurlara imza atmış, beynəlxalq aləmdə və regionda yüksək nüfuz və hörmət qazanmışdır. Sizin müdrik rəhbərliyiniz və strateji baxışınız sayəsində ölkənizdə bütün sahələrdə genişmiqyaslı islahatlar və quruculuq işləri müvəffəqiyyətlə həyata keçirilmiş, iqtisadi tərəqqiyə nail olunmuş, əhalinin sosial rifahı təmin edilmişdir.
Özbəkistanın qarşıya qoyduğu məqsəd və hədəflərə çatmasında, qazandığı bütün nailiyyətlərin təməlində sizin yorulmaz əməyiniz və qətiyyətlə apardığınız dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qardaş ölkə və müttəfiq olaraq Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edir, bundan qürur duyuruq. Hər dəfə bənzərsiz və qonaqpərvər ölkənizə səfər edərkən Özbəkistanın əldə etdiyi mühüm nailiyyətlərin əyani şəkildə şahidi oluram. Bu yaxınlarda qardaş ölkəyə həyata keçirdiyim dövlət səfərini və sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Ortaq tarixi-mədəni tellər, sarsılmaz dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri bu gün özünün ən yüksək zirvəsində yer alıb. Özbəkistanla ikitərəfli əlaqələrimizin bundan sonra da hərtərəfli inkişaf etdirilməsi və dərinləşdirilməsi bizim üçün prioritet məsələlərdən biridir. Şadam ki, birgə səylərimiz nəticəsində dövlətlərarası əlaqələrimiz və müttəfiqliyimiz gündən-günə daha da möhkəmlənir, çoxşaxəli əməkdaşlığımız yeni praktiki məzmunla zənginləşir.
Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Özbəkistan birliyini qoruyub saxlamaq, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək, müttəfiqliyimizi daim gücləndirmək yolunda üzərimizə düşən şərəfli missiyanı bundan sonra da birgə səylərimizlə uğurla yerinə yetirməyə davam edəcəyik.
Hörmətli Şavkat Miromonoviç,
Bu tarixi gündə sizin və qardaş Özbəkistan xalqının sevincinə qoşulur, sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Özbəkistan Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıram"
Dünən, 13:16
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
Dünən, 13:15
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
Dünən, 12:43
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO
Dünən, 12:19
Paşinyanla Putinin görüş tarixi və gündəliyi açıqlandı - Şok detallar
Dünən, 12:17
Sabah Bakıya və rayonlara yağış yağacaq
Dünən, 11:45
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərdi
Dünən, 11:10
İtkin düşən 16 nəfər tapıldı
Dünən, 11:00
Şəhid jurnalist Sirac Abışovun doğum günüdür
Dünən, 10:30
AAYDA vətəndaşlara müraciət etdi
Dünən, 09:13
Bərgüşadçay su anbarına 130 milyon manat xərclənəcək
28-08-2026, 16:41
Azərbaycandan Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
28-08-2026, 16:39
IV qrupda tələbə adını qazanmayanlar bu ixtisaslara QƏBUL OLUNACAQLAR
28-08-2026, 16:00
Tbilisidə 15 yaşlı azərbaycanlının meyiti günlər sonra tapıldı
28-08-2026, 15:00
Rasim Balayevin yerinə seçki bu tarixdə keçiriləcək
28-08-2026, 14:40
Bu ünvanlardakı binalar sökülə bilər
28-08-2026, 14:30
Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində fəaliyyət göstərən diplomatik korpus kateqoriyasına daxil edilib
28-08-2026, 14:30
Azərbaycanda pensiyaların orta MƏBLƏĞİ ARTIB
28-08-2026, 13:10
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
28-08-2026, 13:00
SOCAR-ın idarəsi yeddi ayda qeyri-neft ixracından 176 milyon dollara yaxın gəlir əldə edib
28-08-2026, 12:36
Meteor yağışı olacaq
28-08-2026, 12:30
Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi
28-08-2026, 11:30
XİN: "Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edirik" - FOTO
28-08-2026, 11:00
Ermənilərin törətdiyi Ballıqaya qətliamının ildönümüdür - FOTO
28-08-2026, 11:00
Ermənilərin törətdiyi Ballıqaya qətliamının ildönümüdür - FOTO
27-08-2026, 14:00
Valentina Matviyenko Mehriban Əliyevaya məktub göndərib
27-08-2026, 13:30
Bu il yüksək nəticə göstərən neçə abituriyent tələbə adı qazanmayıb?
27-08-2026, 13:00
Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib? - STATİSTİKA - FOTO