IV qrupda tələbə adını qazanmayanlar bu ixtisaslara QƏBUL OLUNACAQLAR
Cəmiyyət
28 avq 2026 | 16:39
IV qrupda tələbə adını qazanmayanlar bu ixtisaslara QƏBUL OLUNACAQLAR

“IV ixtisas qrupu üzrə bu il də yüksək rəqabət müşahidə olundu. Xüsusilə tibb ixtisaslarına böyük maraq nəticəsində yüksək bal toplamış bəzi abituriyentlər, o cümlədən 600-dən yuxarı nəticə göstərən namizədlər arasında belə, istədikləri mülki ixtisaslara qəbul olunmayanlar var. Bu, əlbəttə, həmin gənclər və onların ailələri üçün asan nəticə deyil. Lakin hazırda onların bir hissəsi üçün əlavə imkanlar yaranıb.”.
Azerimedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun fikrincə, müvafiq hərbi qurumla aparılan müzakirələr nəticəsində hərbi tibb istiqamətində yaranmış əlavə yerlərə müəyyən olunmuş tələblərə cavab verən və yüksək nəticə əldə etmiş IV ixtisas qrupu abituriyentlərinin müraciət edə bilməsi nəzərdə tutulur:

“Burada mühüm bir məqamı vurğulamaq istəyirəm: hərbi tibb üzrə təhsil almaq istəyən namizədlər üçün tibbi müayinədən keçmək tələbi yeni deyil. Bu, hərbi tibb ixtisaslarına qəbul zamanı həmişə mövcud olan şərtdir.

Bundan başqa, hərbi mühəndislik istiqamətləri üzrə qalan yerlərlə bağlı da IV ixtisas qrupu abituriyentləri üçün əlavə imkan yaradılır. Müəyyən olunmuş tələblərə cavab verən, IV ixtisas qrupu üzrə imtahanda 450 və daha yüksək bal toplamış namizədlər həmin yerlər üçün müraciət edə biləcəklər.

Bu abituriyentlərin buraxılış imtahanında riyaziyyat fənni üzrə nəticələri var, IV qrupa aid qəbul imtahanında isə fizika və kimya fənlərindən imtahan veriblər. Buna görə onların müvafiq hərbi mühəndislik proqramlarında təhsil almaq üçün zəruri olan fənn hazırlığının qiymətləndirilməsi mümkündür.

Qəbul şərtləri, tibbi və digər tələblər, eləcə də müraciət qaydası müvafiq hərbi qurum tərəfindən rəsmi şəkildə elan edilib.

Hərbi tibblə bağlı elanla burada tanış olmaq mümkündür: https://shorturl.at/4Yw6Z

Hərbi mühəndisliklə bağlı məlumat: https://shorturl.at/09fkS

Xüsusilə vurğulamaq istəyirəm ki, burada söhbət artıq keçirilmiş müsabiqənin nəticələrinin dəyişdirilməsindən və ya kiməsə fərdi üstünlük verilməsindən getmir. Yaranmış əlavə yerlər barədə məlumat müəyyən olunmuş tələblərə cavab verən bütün potensial namizədlər üçün açıq şəkildə elan edilir.

Eyni zamanda bir məsələni də unutmayaq. Hərbi tibb və hərbi mühəndislik sadəcə ali məktəbə qəbul olmaq üçün alternativ yol deyil. Bu, gələcək peşə ilə yanaşı, hərbi xidməti də seçmək deməkdir.

Ona görə də mən heç kimi yalnız bu il mütləq tələbə olmaq naminə bu imkandan istifadə etməyə çağırmıram. Bu istiqamətə həqiqi marağı olan və gələcəyini belə bir peşə və xidmətlə bağlamağa hazır olan gənclərin isə yaranmış imkandan xəbərdar olması vacibdir.

Yeni imkan yalnız o zaman dəyərlidir ki, insanın öz seçiminə çevrilsin”.
Dünən, 13:16
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
Dünən, 13:15
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
Dünən, 12:43
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO
Dünən, 12:19
Paşinyanla Putinin görüş tarixi və gündəliyi açıqlandı - Şok detallar
Dünən, 12:17
Sabah Bakıya və rayonlara yağış yağacaq
Dünən, 11:45
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərdi
Dünən, 11:10
İtkin düşən 16 nəfər tapıldı
Dünən, 11:00
Şəhid jurnalist Sirac Abışovun doğum günüdür
Dünən, 10:30
AAYDA vətəndaşlara müraciət etdi
Dünən, 09:13
Bərgüşadçay su anbarına 130 milyon manat xərclənəcək
28-08-2026, 16:41
Azərbaycandan Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
28-08-2026, 16:39
IV qrupda tələbə adını qazanmayanlar bu ixtisaslara QƏBUL OLUNACAQLAR
28-08-2026, 16:00
Tbilisidə 15 yaşlı azərbaycanlının meyiti günlər sonra tapıldı
28-08-2026, 15:00
Rasim Balayevin yerinə seçki bu tarixdə keçiriləcək
28-08-2026, 14:40
Bu ünvanlardakı binalar sökülə bilər
28-08-2026, 14:30
Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində fəaliyyət göstərən diplomatik korpus kateqoriyasına daxil edilib
28-08-2026, 14:30
Azərbaycanda pensiyaların orta MƏBLƏĞİ ARTIB
28-08-2026, 13:10
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
28-08-2026, 13:00
SOCAR-ın idarəsi yeddi ayda qeyri-neft ixracından 176 milyon dollara yaxın gəlir əldə edib
28-08-2026, 12:36
Meteor yağışı olacaq
28-08-2026, 12:30
Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi
28-08-2026, 11:30
XİN: "Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edirik" - FOTO
28-08-2026, 11:00
Ermənilərin törətdiyi Ballıqaya qətliamının ildönümüdür - FOTO
28-08-2026, 11:00
Ermənilərin törətdiyi Ballıqaya qətliamının ildönümüdür - FOTO
27-08-2026, 14:00
Valentina Matviyenko Mehriban Əliyevaya məktub göndərib
27-08-2026, 13:30
Bu il yüksək nəticə göstərən neçə abituriyent tələbə adı qazanmayıb?
27-08-2026, 13:00
Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib? - STATİSTİKA - FOTO