NATO zirvəsində qeyri-adi hadisə: Bu ölkəni iki lider təmsil edir
Dünya
8 iyl 2026 | 11:27
NATO-nun Türkiyənin paytaxtı Ankarada keçirilən 36-cı Zirvə görüşündə bütün üzv ölkələr bir lider və onun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunarkən, Çex Respublikası toplantıya iki liderlə qatılıb.
Azerimedia.az xəbər verir ki, Çexiya Prezidenti Petr Pavel və Baş nazir Andrey Babiş iki ayrı dövlət təyyarəsi ilə Ankaraya səfər ediblər.

Buna səbəb isə onlar arasındakı fikir ayrılığı nəticəsində yaranan dərin siyasi böhrandır.
A.Babiş NATO-nun sammitində ölkəni təmsil edəcəyini və Prezident Petr Pavelin Ankaraya getməyəcəyini açıqlamasından sonra dövlət başçısı məhkəməyə müraciət edərək özünün də nümayəndə heyətinin tərkibinə salınmasını istəyib. Məhkəmə P.Pavelin xeyirinə qərar çıxarıb.
Zirvə görüşündən əvvəl A.Babişin mövqeyinə açıq şəkildə etiraz edən P.Pavel, müttəfiq liderlərlə birbaşa əlaqə qurmağın və fikir mübadiləsi aparmağın onun konstitusiya məsuliyyəti olduğunu açıqlayıb. Bununla da Çexiya Ankara zirvə görüşündə iki fərqli liderin təmsil etdiyi yeganə NATO ölkəsi olub.

Prezident və Baş nazir arasındakı şəxsi gərginlik, liderlərin kameralar qarşısında dayandıqları ənənəvi NATO ailə fotosunda aydın şəkildə görünüb. Pavel və Babiş fotosessiya zamanı yan-yana dayanmaqdan çəkinərək tamamilə əks tərəflərdə yer alıblar.

Nəticədə NATO Hərbi Komitəsinin sədri kimi keçmiş roluna görə ittifaq dairələrində populyar və nüfuzlu bir şəxs olan P.Pavel, öz ölkəsinin Baş naziri ilə bu təmsilçilik böhranı ilə qarşılaşıb və bu, sammitin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
11-09-2026, 14:23
Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endirib
11-09-2026, 14:00
Paşinyandan həyacan təbili: “Bu, Azərbaycana müharibə elan etməkdir”
11-09-2026, 13:13
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
11-09-2026, 12:30
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
11-09-2026, 12:18
Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
11-09-2026, 11:21
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
11-09-2026, 11:00
İctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?
10-09-2026, 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
10-09-2026, 16:51
Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı qərar
10-09-2026, 16:05
Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olundu
10-09-2026, 16:04
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
10-09-2026, 15:31
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edibmiş
10-09-2026, 15:22
Azərbaycanda küçə ticarətinə nəzarət artırılır
10-09-2026, 15:07
Avqust dünya tarixinin ən isti ayı oldu
10-09-2026, 15:03
AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi
10-09-2026, 14:40
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verildi
10-09-2026, 14:35
Bu sizdən asılıdır - Sürücülərə müraciət
10-09-2026, 14:16
Azərbaycanda dərsliklərə yeni mövzu əlavə ediləcək