Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur"

Azerimedia.Az xəbər verir ki, o, Real TV-yə müsahibəsində bu məsələni "hicab qadağası" kimi təqdim edənləri tənqid eləyib.
Allahşükür Paşazadə vurğulayıb ki, müzakirələrə səbəb olan qərarda hicab ifadəsi yer almır:
"Bunun adını qoyurlar hicab. Əslində, yenə də təkrar etmək istəyirəm ki, qəbul olunan qərarda "hicab" sözü yoxdur. "Məktəbli geyimi" var. Amma buna "hicab" adını qoyurlar ki, başqa dövlətlərə, insanlara, müsəlmanlara təsir göstərsin. Bu adın qoyulması da məqsədlidir".
QMİ sədrinin sözlərinə görə, bəzi şəxslər insanların dini hisslərindən istifadə edərək onları dövlətə qarşı yönəltməyə çalışırlar.
"O insanların dinindən, mənəviyyatından istifadə edən adamlar var. Onlardan istifadə edir, dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə və dövlətin bu məsələni də həll edəcəyinə inanıram", - o bildirib.
QMİ sədri hicab məsələsi ətrafında aparılan müzakirələrdən dövlətə qarşı etiraz yaratmaq üçün istifadə olunduğunu bildirib.
"Elə bil dövlətlə dindarlar arasında bir uçurum yaratmaq istəyirlər. Bu yoxdur. Olmayan yerdə bir şey yaratmaq istəyirlər. Bizim dindarlarımız öz dövlətini, dövlətçiliyini istəyən və onun tərəfdarı olan insanlardır", - Allahşükür Paşazadə bildirib.
QMİ sədri işğal dövründə məscidlərin dağıdılmasına münasibət göstərməyənlərin indi hicab məsələsini gündəmə gətirməsini tənqid edib. O, Ağdam məscidində heyvanların saxlanılmasını əks etdirən şəkilləri dünyaya, o cümlədən müsəlman dövlətlərinə göndərdiyini xatırladıb:
"Ermənilər gəldilər, dağıtdılar, məscidləri dağıtdılar. Amma bunlar dinmədi, səs çıxarmadılar. Bu qədər məscid dağıldı, heç bir köməklik də göstərmədilər. Amma bu gün hicab məsələsini ortaya qoyaraq dövlətə qarşı etiraz yaratmaq istəyirlər".
Allahşükür Paşazadə bu cəhdlərin arxasında müəyyən şəxslərin dayandığını söyləyib və onlara müraciət edib:
"Əbəs yerə zəhmət çəkməsinlər, qarşıdurma yaratmaq istəməsinlər. Heç bir şeyə nail ola bilməzlər. Mən buna inanıram".
QMİ sədri Azərbaycanın əldə etdiyi nailiyyətləri və vətəndaşların həyat tərzini qəbul edə bilməyən qüvvələrin olduğunu da bildirib. O, ölkənin bundan sonra da inkişaf edəcəyinə inandığını vurğulayıb.
Allahşükür Paşazadə dindarları səbirli olmağa çağırıb və onların dövlətə, dövlətçiliyə bağlı olduqlarını qeyd edib.
Allahşükür Paşazadə məsələnin təhsil qurumları və məktəb rəhbərləri vasitəsilə həllini tapacağına ümid etdiyini deyib. O, Prezident İlham Əliyevin İslama münasibətini və islamofobiyaya qarşı mübarizəsini də vurğulayıb.
QMİ sədri hesab edir ki, müzakirələri dini çərçivədən çıxararaq dövlətçiliyə qarşı siyasi qarşıdurmaya çevirmək cəhdləri qəbuledilməzdir:
"Biz dindarlar bu gün öz dövlətimizin və dövlət başçısının yanındayıq. Çünki deyilən məsələlər dini səpkidən də çıxarılaraq dövlətə, dövlətçiliyə və dövlət düzəninə qarşı aparılan siyasət kimi qəbul olunur. Bu, qəbuledilməzdir".
Allahşükür Paşazadə bütün dindarları dövlətçiliyi dəstəkləməyə çağırıb, şəhidlərin və onların ailələrinin adından istifadə edilməsinə qarşı çıxıb.
"Bu dövlət bizə şəhidlərin əmanətidir, şəhid analarının əmanətidir", - QMİ sədri bildirib.
Dünən, 18:02
Xırdalanda 23 ildir həllini tapmayan problem: Yağış yağan kimi küçələri su basır
Dünən, 17:50
Sadır Japarov sabah Azərbaycana gələcək
Dünən, 17:47
Qara dənizdə iki gəmiyə dron hücumu olub: 8 Azərbaycan vətəndaşı xilas edilib
Dünən, 17:41
Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur"
Dünən, 17:30
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Dünən, 17:26
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Foto
Dünən, 15:06
Bakıda məktəblilərə xəsarət yetirildi: Son vəziyyətləri açıqlandı
Dünən, 14:46
Elçin Məsiyev UEFA Avropa Liqası oyununu idarə edəcək
Dünən, 14:43
YAP-dan Türkiyənin hakim partiyasına çağırış: "Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinin"
Dünən, 14:05
Ermənistanın milyardlarla gəlir gözlədiyi obyekt İran raketlərinin hədəfində
Dünən, 11:35
Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşdı - Foto
Dünən, 11:23
Ermənistanda saxlanılan Nəsimi Musayevdən XƏBƏR VAR
Dünən, 11:14
Qara dənizdə gəmilər PUA ilə vuruldu - Göyərtədə azərbaycanlılar da var
Dünən, 11:11
Azərbaycanda dərman istehsalı kəskin artdı
Dünən, 11:00
Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü oldu
Dünən, 10:30
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Dünən, 10:27
Məleykə Abbaszadə açıqlama yaydı - Məktəblərdən danışdı
Dünən, 10:26
Pensiyalar bu tarixdə ödəniləcək
Dünən, 10:10
Milli Məclis mühüm məsələlərin müzakirəsi üçün toplanır
Dünən, 09:31
“44” filminin premyerası olub - Arzu Əliyeva və Alyona Əliyeva təqdimatda iştirak ediblər
12-10-2026, 14:07
Məktəblərdə vahid geyim formasına qarşı etirazlarda yaranan mənzərə - VİDEO
12-10-2026, 13:56
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto
12-10-2026, 13:54
İlham Əliyevin adından Kamboca baş nazirinin şərəfinə rəsmi nahar verilib - Foto
12-10-2026, 13:50
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
12-10-2026, 13:39
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
12-10-2026, 12:50
Təhsil müəssisələrində ictimai asayişi pozan 37 nəfər həbs edildi
12-10-2026, 12:40
Azərbaycanlı hərbçiyə görə Ermənistanda korpus komandanının müavini vəzifəsindən qovuldu