İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib
Siyasət
9 fev 2026 | 13:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələrinin əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə etdi.

Betsi Berns Korn ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. O, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ prezidentinin göstərdiyi səyləri xüsusi vurğuladı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxundu. Azərbaycan və Ermənistan tərəfinin artıq sülh şəraitində yaşamağa öyrəşdiklərini deyən Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı son altı ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu dedi.

Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edildi, digər xalqların nümayəndələrinə olduğu kimi yəhudilərə də göstərilən dövlət qayğısına toxunuldu.

Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin inkişafından məmnunluq bildirildi, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı ilə ölkəmiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, onların Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin genişlənməsində rolu vurğulandı.






Dünən, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Dünən, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Dünən, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Dünən, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Dünən, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Dünən, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Dünən, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Dünən, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Dünən, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
30-09-2026, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
30-09-2026, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
30-09-2026, 10:32
Zakir Həsənov onlara müraciət etdi
30-09-2026, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
30-09-2026, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
30-09-2026, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
30-09-2026, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi