Bakıda müstəmləkəçilik əleyhinə virtual muzey təqdim edildi
Siyasət
18 fev 2026 | 16:01
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə müstəmləkəçiliyə həsr edilən virtual muzeyin rəsmi təqdimat mərasimi keçirilib.

Azerimedia.Az xəbər verir ki, BTQ tərəfindən ərsəyə gətirilən virtual muzey dünyada müstəmləkəçiliyə və onun yeni təzahürlərinə həsr edilən ilk virtual platformadır.

Təqdimat mərasimində müstəmləkəçilik irsi ilə bağlı elmi araşdırmalar aparan tədqiqatçılar, alimlər, habelə antropoloqlar iştirak edib.

İngilis və fransız dillərində fəaliyyət göstərəcək muzey müstəmləkəçiliyi və onun yeni təzahürlərini yalnız tarixi kontekstdə deyil, eyni zamanda onun hüquqi, iqtisadi, sosial, mədəni və ekoloji təsirlərini sistemli şəkildə əks etdirən rəqəmsal məlumat bazası kimi çıxış edəcək.

Muzeyin yaradılmasının əsas məqsədi müstəmləkə sisteminin təsirləri ilə bağlı arxiv sənədlərini, foto və video materialları, eləcə də eksponatları, o cümlədən vizual materialları və kolonial irsi ictimaiyyətə interaktiv şəkildə təqdim etməkdir.

Virtual muzey kolonial idarəçilik modellərini, o cümlədən müstəmləkəçi dövlətlərin assimilyasiya siyasəti, əsarətdən əziyyət çəkən xalqların adət-ənənələrinə və həyat tərzinə yönələn müdaxilələri, onların mənəvi dəyərlərinin və ictimai-mədəni institutlarının sistemli şəkildə zəiflədilməsi, eləcə də yerli xalqların kimliklərinin və irsinin sıradan çıxarılmasına yönəlik addımları geniş formada izah edilir.

Muzeyin Beynəlxalq hüquq və siyasət bölməsində müstəmləkə dövründə yerli əhali üçün tətbiq edilmiş xüsusi inzibati-hüquqi statuslar, yerli xalqların mövqeyi nəzərə alınmadan qəbul edilmiş qanunlar və qərarlar, eyni zamanda kompensasiya mexanizmlərinin hüquqi əsasları barədə sistemləşdirilmiş məlumatlar təqdim edilir.

İqtisadi və ekoloji təsirlər bölməsində müstəmləkələrdə yerli əhaliyə məxsus torpaqların qanunsuz müsadirəsi, mədən və hasilat sənayesində müstəmləkəçilər tərəfindən məcburi əməyə cəlbetmə, cəza düşərgələri, ərazilərin və torpaqların qanunsuz istismarı, xüsusilə nüvə sınaqları və genişmiqyaslı sənaye fəaliyyəti nəticəsində ətraf mühitə və insan sağlamlığına dəyən zərərlər arxiv sənədləri və faktoloji materiallar əsasında təqdim olunur.

Muzeyin ekspozisiya hissəsində yerli xalqların zəngin mədəni irsləri təqdim olunur, ənənəvi sənətkarlıq nümunələri, milli geyim ornamentləri, musiqi ənənələri və mərasimlər təşkil etmək mədəniyyəti haqqında ətraflı təsviri materiallar yer alır.

Virtual muzeydə həmçinin müstəmləkə əleyhinə yaradılan yerli müqavimət hərəkatları, müstəqillik uğrunda mübarizəsinin əsas mərhələləri və istiqamətləri diqqətə çatdırılır. Qətlə yetirilən və fiziki zorakılığa məruz qalan, qanunsuz həbs edilən, məcburi köçürmə və məqsədyönlü miqrasiya siyasətinin qurbanı olmuş şəxslərin fərdi həyat hekayələri və insan taleləri ziyarətçilərə təqdim edilir.

Qeyd edək ki, rəqəmsal muzey müstəmləkəçilik sahəsində araşdırma aparan tarixçilər, politoloqlar, beynəlxalq hüquq üzrə mütəxəssislər və digər tədqiqatçılar üçün etibarlı məlumat mənbəyidir.

Eyni zamanda, platforma ali təhsil müəssisələrinin müəllim və tələbələri, media nümayəndələri, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və analitik mərkəzlər üçün də istifadə oluna bilən açıq və etibarlı resurs kimi nəzərdə tutulmuşdur.

Muzeyin yaradılması dekolonizasiya ilə bağlı qlobal müzakirələrə töhfə verməklə yanaşı, Azərbaycanın beynəlxalq dekolonizasiya gündəliyi ilə bağlı fəal və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir.
Dünən, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Dünən, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Dünən, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Dünən, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Dünən, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Dünən, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Dünən, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Dünən, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Dünən, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
30-09-2026, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
30-09-2026, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
30-09-2026, 10:32
Zakir Həsənov onlara müraciət etdi
30-09-2026, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
30-09-2026, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
30-09-2026, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
30-09-2026, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi