Londondan Azərbaycan-Ermənistan sülh sazişinə dəstək mesajı - FOTO
Siyasət
22 apr 2026 | 14:44
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığa işgüzar səfər edib.

Azerimedia.Az-ın məlumatna görə, səfər çərçivəsində o, Birləşmiş Krallığın baş nazirinin milli təhlükəsizlik məsələləri müşavirinin müavini Barbara Vudvord, Xarici İşlər, Birlik ölkələri və İnkişaf Nazirliyində siyasi direktor Edvard Livelin, müdafiə və təhlükəsizlik məsələləri üzrə direktor Conatan Allen, Şərqi Avropa və Mərkəzi Asiya departametinin direktoru Kris Allan, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədr müavini Nusrat Qani, Parlamentdə Azərbaycanla Dostluq Qrupunun sədri Bob Bləkmən, eləcə də bir sıra parlament üzvləri ilə görüşüb.

Görüşlər zamanı tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərin indiki durumu və inkişaf perspektivləri, ölkələr arasında keçən il elan edilmiş strateji tərəfdaşlıq ruhunda birgə atılacaq növbəti addımlar, habelə Cənubi Qafqazda və daha geniş regionda təhlükəsizlik məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar. Həmsöhbətlər Baş nazir Kir Starmerin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, yüksəksəviyyəli təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqlim və ətraf mühit sahələrində əməkdaşlığın uğurla davam etdiyini qeyd edərək, yeni şəraitdə praktiki əməkdaşlıq üçün əlavə perspektiv sahələrin mövcud olduğunu qeyd edərək, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin xüsusi əhəmiyyətini vurğulayıblar.

Yaxın Şərqdə gərginlik fonunda Birləşmiş Krallıq vətəndaşlarının İrandan təxliyəsi zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə bur daha minnətdarlıq ifadə olunub. Azərbaycanın Şərq-Qərb marşrutu və Orta Dəhliz çərçivəsində artan geosiyasi və geoiqtisadi strateji rolu xüsusi olaraq qeyd olunub və bu sahədə də ikitərəfli əməkdaşlıq üçün yaxşı imkanların mövcud olduğu dilə gətirilib.

Parlamentdə danışıqlar zamanı tərəflər iki ölkə parlamentlərarası dialoqun daha da möhkəmləndirilməsi, bu kontekstdə parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili və həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Elçin Əmirbəyov britaniyalı həmsöhbətlərini Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri barədə də məlumatlandırıb. O, ötən ilin avqust ayında Vaşinqtonda əldə olunmuş tarixi razılaşmaların əhəmiyyəti, ondan sonra qarşılıqlı etimadın qurulması və sülh gündəliyinin genişləndirilməsi istiqamətində müxtəlif sahələrdə atılan konkret addımlar barədə qarşı tərəfi məlumatlandıraraq, Azərbaycan tərəfinin Ermənistanla uzunmüddətli və dönməz sülhün bərqərar olunmasına sadiq qaldığını bildirib. Bununla yanaşı, Prezidentin nümayəndəsi Ermənistanda cari il ərzində keçiriləcək parlament seçkisinin və yeni konstitusiya üzrə referendumun nəticələrinin sülh sazişinin imzalanması və regionda uzunmüddətli, dayanıqlı sülhün təmin olunması baxımından həlledici rol oynayacağını bildirib.

Öz növbəsində, Birləşmiş Krallıq tərəfi Azərbaycan ilə Ermənistan arasında sülh prosesində müşahidə olunan müsbət dinamikanı yüksək qiymətləndirərək, Azərbaycan tərəfindən sülhün möhkəmləndirilməsi istiqamətində atılan praktiki addımları alqışlayaraq, sülh sazişinin qısa müddətdə imzalanacağına ümidvar olduğunu bildirib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Londonda yerləşən nüfuzlu beyin mərkəzi olan Strateji Tədqiqatlar üzrə Beynəlxalq İnstitutda (IISS) region üzrə ekspertlər, tədqiqatçılar və akademik dairələrin nümayəndələri iştirakı ilə keçirilən dəyirmi masada Azərbaycan-Ermənistan normallaşma prosesi və Cənubi Qafqazda regional təhlükəsizlik məsələləri barədə çıxış edib. Bundan əlavə, Prezidentin nümayəndəsi "The Guardian" və "Daily Express" media qurumlarına müsahibələr verib.






Bu gün, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Bu gün, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Bu gün, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Bu gün, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Bu gün, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Bu gün, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Bu gün, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Bu gün, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Bu gün, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi