İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO - VİDEO
Siyasət
12 may 2026 | 11:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib.

Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev ölkəmizlə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.

Ölkəmizlə bp arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Azərbaycan Prezidenti bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğulayıb və tərəfdaşlığımızın strateji xarakter daşıdığını diqqətə çatdırıb.

Təbriklərə görə təşəkkürünü bildirən Meq O’Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyib.

bp şirkətinin baş icraçı direktoru ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğulayıb



Meq O’Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxunub.

Dövlətimizin başçısı qeyd edib ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra “Əsrin müqaviləsi”nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu deyib, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğulayıb. Azərbaycan Prezidenti bildirib ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda bp-yə göstərdiyi etimada görə minnətdarlığını bildirib.

Söhbət zamanı bp-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olunub, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunulub.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edilib, SOCAR-bp əməkdaşlığının perspektivləri müzakirə olunub.






Bu gün, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Bu gün, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Bu gün, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Bu gün, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Bu gün, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Bu gün, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Bu gün, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Bu gün, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Bu gün, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi