Bakıda "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib
Siyasət
13 may 2026 | 17:37
Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi (TMHİM), Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (BƏT-ACTRAV) birgə təşkilatçılığı ilə "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri, Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının, BƏT-in və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev konfransın əhəmiyyətini qeyd edib, qlobal iqlim dəyişmələri və onun fəsadlarından, Azərbaycanın iqlim dəyişmələri siyasətindən söz açıb, "yaşıl keçid" və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. "Yaşıl keçid" prosesində işçilərin yeni bacarıqlarının formalaşdırılması və məşğulluq imkanlarının artırılması xüsusi önəm daşıyır. Həmkarlar ittifaqlarının bu prosesdə fəal iştirakı inklüziv, ədalətli və şəffaf yanaşmaların təmin edilməsi baxımından vacibdir.

Konfederasiya sədri Sahib Məmmədov çıxışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfə verən ölkələr sırasında olduğunu və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə məqsədyönlü və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Diqqətə çatdırılıb ki, iqlim dəyişmələri eyni zamanda sosial və əmək münasibətlərinə təsir göstərən qlobal çağırışdır. Bu baxımdan əmək bazarında baş verən dəyişikliklər həmkarlar ittifaqlarından daha çevik və koordinasiyalı fəaliyyət tələb edir. "Ədalətli keçid" prinsiplərinin təmin olunması, işçilərin maraqlarının qorunması və sosial dialoqun gücləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirən Konfederasiya sədri AHİK-in bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirdiyini və dövlətimizin sosial siyasətinə dəstək verdiyini vurğulayıb.

Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri xanım Oğulcənnət Berdiliyeva qlobal iqlim dəyişmələri fonunda bu kimi beynəlxalq platformaların təcrübə mübadiləsinin aparılması və birgə yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə həmkarlar ittifaqları əmək bazarındakı dəyişikliklərə daha operativ qaydada uyğunlaşmalı və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərə reaksiyanı artırmalıdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev dövlət siyasətində iqlim dəyişmələrinin sosial nəticələrinə önəm verildiyini, həmçinin əmək bazarının dayanıqlığının gücləndirilməsinin və işçi qüvvəsinin müasir çağırışlar və gələcək trendlərə hesablanmış qaydada hazırlanmasının əsas prioritetlər sırasında olduğunu bildirib. Bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iqlim dəyişmələrinin sosial nəticələrinin qanunvericilik baxımından əhəmiyyətini bildirib. Diqqətə çatdırılıb ki, "yaşıl iqtisadiyyat"a keçid sosial tərəfdaşlıq mexanizmlərinin gücləndirilməsi və bu proseslərin hüquqi müstəvidə dəstəklənməsi üçün mühüm rola malikdir.

İƏT-in Əmək Mərkəzinin baş direktoru Azər Bayramov iqlim çağırışlarının qlobal əmək bazarında yeni yanaşmalar tələb etdiyini, İƏT çərçivəsində əmək və sosial müdafiə sahələrində ortaq təşəbbüslərin genişləndirilməsinin önəmli xarakter daşıdığını deyib.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə qeyd edib ki, qlobal iqtisadi inkişaf fonunda Azərbaycanın iqtisadi siyasəti rəqabətqabiliyyətli və innovasiya yönümlüdür. O həmçinin yaşıl iqtisadi yanaşmaların genişləndirilməsinin həm investisiya mühitinin yaxşılaşdırılmasına, həm də iqtisadiyyatın daha dayanıqlı struktura keçidinə şərait yaratdığını deyib.

Konfransa onlayn qoşulan və tədbirin aktual mövzuya həsr olduğunu vurğulayan BƏT-ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas bildirib ki, iqlim dəyişmələrinin sosial və məşğulluqla bağlı təsirlərini nəzərə alan BƏT "ədalətli keçid" yanaşmasını təşviq edir və iqlim gündəliyində həmkarlar ittifaqlarının fəal iştirakını dəstəkləyir.

Tədbirdə BƏT-in baş mütəxəssisi Qoça Aleksandria "Ədalətli keçiddə həmkarlar ittifaqlarının rolu" mövzusunda təqdimatla çıxış edib.

Sonra "İqlim dəyişikliyi və əmək dünyası" mövzusunda panel müzakirələr aparılıb.

Tədbir çərçivəsində AHİK tərəfindən son illərdə həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatları və tətbiq olunan innovativ yenilikləri əks etdirən videoçarx nümayiş etdirilib.
Bu gün, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Bu gün, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Bu gün, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Bu gün, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Bu gün, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Bu gün, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Bu gün, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Bu gün, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Bu gün, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi