Azərbaycanlı deputata vəzifə verildi - FOTO
Siyasət
7 iyl 2026 | 13:50
ATƏT Parlament Assambleyasının iyulun 7-də Haaqa şəhərində keçirilən 33-cü illik sessiyası çərçivəsində Azərbaycanın nümayəndə heyətinin üzvü Azay Quliyev yekdilliklə ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitənin sədri və Büro üzvü vəzifəsinə yenidən seçilib.
Azerimedia.az xəbər verir ki, o, ATƏT ölkələrinə göstərdikləri yüksək etimada görə təşəkkürünü bildirib.

A.Quliyev deyib ki, 2013-cü ildən bu günədək o, üç dəfə ATƏT PA-nın Birinci Komitəsinin sədr müavini, iki dəfə ATƏT PA-nın Vitse-prezidenti və beş dəfə İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitənin sədri vəzifəsinə ardıcıl seçilib.

Deputat vurğulayıb ki, son 13 il ərzində ATƏT Parlament Assambleyasının ona göstərdiyi bu cür davamlı etimadı təkcə şəxsi nailiyyəti kimi deyil, Assambleyanın fəaliyyətinin daha da gücləndirilməsi, ATƏT məkanında dialoqun, əməkdaşlığın və qarşılıqlı hörmət dəyərlərinin təşviqi istiqamətində üzərinə düşən böyük məsuliyyət kimi qiymətləndirir.

O qeyd edib ki, geo-siyasi və geo-iqtisadi qeyri-müəyyənlik, sürətli texnoloji dəyişikliklər, iqlim dəyişikliyi, ekoloji problemlər və təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə parlament diplomatiyasının rolu daha da ön plana çıxır. Bu mənada fikir ayrılıqlarına baxmayaraq, parlamentlərin dialoqu təşviq etməsi, qarşılıqlı etimadı möhkəmləndirməsi və ortaq həll yolları axtarması xüsusi əhəmiyyət daşıyır.

A.Quliyev həmişə olduğu kimi bütün nümayəndə heyətlərinə qarşı ədalətli, qərəzsiz və məsuliyyətli fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib, Komitənin ATƏT Parlament Assambleyasında konstruktiv əməkdaşlıq, səmərəli dialoq və praktik nəticələrin əldə olunması üçün mühüm platforma kimi fəaliyyətini daha da gücləndirəcəyinə əminliyini ifadə edib

11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
11-09-2026, 14:23
Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endirib
11-09-2026, 14:00
Paşinyandan həyacan təbili: “Bu, Azərbaycana müharibə elan etməkdir”
11-09-2026, 13:13
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
11-09-2026, 12:30
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
11-09-2026, 12:18
Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
11-09-2026, 11:21
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
11-09-2026, 11:00
İctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?
10-09-2026, 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
10-09-2026, 16:51
Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı qərar
10-09-2026, 16:05
Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olundu
10-09-2026, 16:04
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
10-09-2026, 15:31
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edibmiş
10-09-2026, 15:22
Azərbaycanda küçə ticarətinə nəzarət artırılır
10-09-2026, 15:07
Avqust dünya tarixinin ən isti ayı oldu
10-09-2026, 15:03
AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi
10-09-2026, 14:40
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verildi
10-09-2026, 14:35
Bu sizdən asılıdır - Sürücülərə müraciət
10-09-2026, 14:16
Azərbaycanda dərsliklərə yeni mövzu əlavə ediləcək