İlham Əliyev və Nikol Paşinyan Bişkekdə nələri müzakirə etdilər? - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüş keçirib.
Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.
Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.
Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər.
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.
14:37
Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Videoya baxmaq üçün linkə daxil olun
13:07
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.
Azerimedia.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
Videoya baxmaq üçün linkə daxil olun
12:48
Bir neçə dəqiqə sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.
Bu gün, 11:28
Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər - FOTO
Bu gün, 11:25
Azərbaycan Prezidenti slovakiyalı həmkarına məktub göndərdi
Bu gün, 11:18
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak edir - FOTO
Bu gün, 11:00
İqlim dəyişikliyinin qlobal iqtisadiyyata vurduğu illik ziyan 450 milyard dollara çata bilər
Bu gün, 10:31
Bəzi rayonlarda iki gün qaz olmayacaq
Bu gün, 10:09
İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü olub - FOTO - VİDEO
Bu gün, 09:51
Türkiyə və Azərbaycan milliləri bu gün üz-üzə gələcəklər
Bu gün, 09:32
Şanxay Əməkdaşlıq Təşkilatının 26-cı zirvə görüşü başladı - FOTO - VİDEO
Dünən, 15:30
Azərbaycan və Qazaxıstan prezidentlərinin Bişkekdə görüşü olub - FOTO - VİDEO
Dünən, 14:30
DİM əlavə buraxılış imtahanı keçirəcək - TARİX AÇIQLANDI
Dünən, 14:16
İlham Əliyev və Nikol Paşinyan Bişkekdə nələri müzakirə etdilər? - FOTO - VİDEO
Dünən, 13:40
Londonda mədəniyyət karnavalında ara qarışdı - Kütləvi həbs
Dünən, 13:10
Yevgeni Kukseviç Azərbaycanda iki vəzifəsini itirdi
Dünən, 13:00
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Dünən, 11:40
"Bütün növ əmək pensiyalarının məbləği artırılacaq" - Deputatdan ŞAD XƏBƏR
Dünən, 11:40
Azərbaycan media nümayəndələri Bişkekdə - VİDEO
Dünən, 11:30
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib - FOTO - VİDEO
29-08-2026, 13:16
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
29-08-2026, 13:15
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
29-08-2026, 12:43
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO
29-08-2026, 12:19
Paşinyanla Putinin görüş tarixi və gündəliyi açıqlandı - Şok detallar
29-08-2026, 12:17
Sabah Bakıya və rayonlara yağış yağacaq
29-08-2026, 11:45
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərdi
29-08-2026, 11:10
İtkin düşən 16 nəfər tapıldı
29-08-2026, 11:00
Şəhid jurnalist Sirac Abışovun doğum günüdür
29-08-2026, 10:30
AAYDA vətəndaşlara müraciət etdi
29-08-2026, 09:13
Bərgüşadçay su anbarına 130 milyon manat xərclənəcək