Azərbaycan Prezidenti slovakiyalı həmkarına məktub göndərdi
Siyasət
1 sen 2026 | 11:25
Azərbaycan Prezidenti slovakiyalı həmkarına məktub göndərdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu göndərib.

Azerimedia.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Slovakiya Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etimada və konstruktiv dialoqa əsaslanan münasibətlər məmnunluq doğurur. Son illərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafı, ali səviyyəli səfərlərin artması, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi ikitərəfli münasibətlərimizin məzmununu daha da zənginləşdirmişdir.

Ölkələrimiz arasında iqtisadi-ticari, energetika, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf dinamikası məmnunluq doğurur.

İyul ayında Azərbaycana səfərinizi, o cümlədən Qarabağ bölgəsini birgə ziyarətimizi ən xoş təəssüratlarla xatırlayıram. Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirir, bunu dostluğumuzun və strateji tərəfdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirirəm.

Əminəm ki, Azərbaycan ilə Slovakiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Slovakiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Bu gün, 11:28
Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər - FOTO
Bu gün, 11:25
Azərbaycan Prezidenti slovakiyalı həmkarına məktub göndərdi
Bu gün, 11:18
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak edir - FOTO
Bu gün, 11:00
İqlim dəyişikliyinin qlobal iqtisadiyyata vurduğu illik ziyan 450 milyard dollara çata bilər
Bu gün, 10:31
Bəzi rayonlarda iki gün qaz olmayacaq
Bu gün, 10:09
İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü olub - FOTO - VİDEO
Bu gün, 09:51
Türkiyə və Azərbaycan milliləri bu gün üz-üzə gələcəklər
Bu gün, 09:32
Şanxay Əməkdaşlıq Təşkilatının 26-cı zirvə görüşü başladı - FOTO - VİDEO
Dünən, 15:30
Azərbaycan və Qazaxıstan prezidentlərinin Bişkekdə görüşü olub - FOTO - VİDEO
Dünən, 14:30
DİM əlavə buraxılış imtahanı keçirəcək - TARİX AÇIQLANDI
Dünən, 14:16
İlham Əliyev və Nikol Paşinyan Bişkekdə nələri müzakirə etdilər? - FOTO - VİDEO
Dünən, 13:40
Londonda mədəniyyət karnavalında ara qarışdı - Kütləvi həbs
Dünən, 13:10
Yevgeni Kukseviç Azərbaycanda iki vəzifəsini itirdi
Dünən, 13:00
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Dünən, 11:40
"Bütün növ əmək pensiyalarının məbləği artırılacaq" - Deputatdan ŞAD XƏBƏR
Dünən, 11:40
Azərbaycan media nümayəndələri Bişkekdə - VİDEO
Dünən, 11:30
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib - FOTO - VİDEO
29-08-2026, 13:16
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
29-08-2026, 13:15
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
29-08-2026, 12:43
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO
29-08-2026, 12:19
Paşinyanla Putinin görüş tarixi və gündəliyi açıqlandı - Şok detallar
29-08-2026, 12:17
Sabah Bakıya və rayonlara yağış yağacaq
29-08-2026, 11:45
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərdi
29-08-2026, 11:10
İtkin düşən 16 nəfər tapıldı
29-08-2026, 11:00
Şəhid jurnalist Sirac Abışovun doğum günüdür
29-08-2026, 10:30
AAYDA vətəndaşlara müraciət etdi
29-08-2026, 09:13
Bərgüşadçay su anbarına 130 milyon manat xərclənəcək