Ekoloqdan GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Xəzər dənizi gizli borularla çirkləndirilir"
Yer kürəsində ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi son illər ifrat dərəcədə çirklənir. Xəzər rəngdən-rəngə girir desək, yanılmarıq. Görünən odur ki, müvafiq qurumlar da çarəsizdir.
Bəs görəsən, Xəzər dənizinin çirklənməsinin ətraf aləm, o cümlədən flora və fauna üçün ziyanları nədir? Niyə lazımi addım atılmır? Problemin həlli üçün çıxış yolu nədir?
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı danışıb.
O bildirib ki, Xəzər dənizinin mövcud vəziyyəti heç də ürəkaçan deyil:
"Dəniz səviyyəsinin düşməsi ilə yerin altından, gizli yollarla, iri diametrli borular vasitəsilə tullantılar Xəzərə axıdılır. Mən bir dəfə Qaradağda belə bir vəziyyətlə rastlaşdım və dəhşətə gəldim. Orada bir neçə boru xüsusi üsulla torpağa basdırılmışdı və bu borular vasitəsilə çirkli sular Xəzərə axıdılırdı. Baxmayaraq ki, borular 50 metrlik məsafədən əks axınla suyu dənizə yönəldirdi ".
"Əvvəllər dənizin səviyyəsi yüksək olduğu üçün bu borular görünmürdü, amma səviyyə düşəndən sonra üzə çıxıb. İndi çox sayda belə hallar var. Tullantıların böyük hissəsi sənaye müəssisələrindən, xüsusən də yağış sularından ibarətdir və nəzarətsiz şəkildə Xəzərə tökülür. Neçə illərdir, bu barədə danışılır, yazılır, amma vəziyyət dəyişmir", - deyə ekspert xəbərdarlıq edib.
Ənvər Əliyev qeyd edir ki, çirklənmənin tərkibində uzun müddət parçalanmayan herbisidlər, pestisidlər və digər kimyəvi maddələr var ki, bu maddələr təkcə insan sağlamlığına deyil, genetik koda da təsir göstərə bilər.
Onun sözlərinə görə, problemin qarşısını almaq üçün əsas çıxış yolu tullantıların dənizə axıdılmasının tamamilə dayandırılması və müasir təmizləyici sistemlərin tətbiqidir:
"Əks halda, bu çirklənmə təkcə ekoloji deyil, həm də ictimai sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Yaxın 30-40 il ərzində Xəzər dənizinin səviyyəsinin yenidən qalxması gözlənilir. Bu hal müəyyən mənada vəziyyəti sabitləşdirə bilər, lakin problemi kökündən həll etmir. Çünki bir dəfə çirklənmiş suyu içməli su kimi istifadə etmək qəbuledilməz və təhlükəlidir. Mən istəmirəm ki, insanlar Xəzərin suyunu içmək məcburiyyətində qalsınlar. Bəzi zərərli maddələr o qədər qəlizləşib ki, artıq təbii yollarla parçalanmır. Bunun nəticəsində flora, fauna və insan sağlamlığına düzəlməz zərər dəyir.
Bunu da qeyd etmək lazımdır ki, Xəzər beş dövlətin əhatəsində yerləşən böyük bir su hövzəsidir. Xəzər dənizinin çirklənməsi yalnız bir ölkənin deyil, həmin beş ölkənin, yəni qlobal bir problemdir".
Ekoloq Qorxmaz İbrahimli isə bildirib ki, dənizin çirklənməsi flora və faunaya böyük ziyan vurur:
"Son illərdə müəyyən təmizləmə tədbirləri həyata keçirilsə də, tarixən dənizə vurulan ekoloji zərər öz izlərini hələ də saxlayır. Xüsusilə dənizin flora və faunası bu çirklənmədən böyük ziyan görüb.
Xəzər dənizinin çirklənməsi bugünkü proses deyil, tarixi kökləri olan, uzun illər boyunca davam edən bir problemdir. Xəzərin çirklənməsi, əsasən, Xəzər akvatoriyasında, Xəzəryanı ərazilərdə, xüsusilə də Azərbaycanın sahil zonalarında baş verib".
Ekoloqun sözlərinə görə, xüsusilə sovet hakimiyyəti illərində Xəzər dənizində çirklənmə daha çox olub:
"Həmin dövrdə həm Bakının, həm də Sumqayıtın sənaye və kanalizasiya suları birbaşa dənizə axıdılırdı. Xüsusilə kimya zavodlarının tullantıları Xəzərə buraxılırdı. Bu amillər dənizi daha da çirkləndirdi".
Ekoloq qeyd edir ki, Xəzərin flora və faunası bu çirklənmədən ciddi şəkildə ziyan çəkib:
"Xüsusilə nərə balıqları kimi dəyərli növlər kütləvi şəkildə yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qalıb. Əlbəttə, bu, təkcə çirklənmənin nəticəsi deyil, həm də antropogen təsirlərlə - yəni insan fəaliyyəti ilə əlaqədardır. Xəzərin kimyəvi tullantılarla çirklənməsi onun ekosistemində ciddi dəyişikliklərə səbəb olub.
Hazırda Xəzər dənizində səviyyənin enməsi müşahidə olunur. Bu da əsasən, iqlim dəyişiklikləri, buxarlanmanın artması və çayların su ehtiyatlarının azalması ilə bağlıdır. Nəticədə keçmişdə dəniz altında qalan köhnə gəmilər və digər tullantılar üzə çıxır ki, bu da həm ekoloji, həm də ictimai narahatlıq doğurur".
Qorxmaz İbrahimli yekunda bildirib ki, 1995-ci ildən sonra Azərbaycan dövləti Xəzərin qorunması və çirklənmədən azad olunması üçün ciddi və davamlı tədbirlər görüb:
"Bakı şəhərinin kanalizasiya sisteminin yenilənməsi və bütövlükdə ölkə üzrə bu sahəyə diqqətin artırılması nəticəsində vəziyyət əvvəlki illərə nisbətən yaxşılaşıb. Əlbəttə, istiqamət doğrudur, amma problemlər hələ də var".
Qeyd edək ki, Qaradağ rayonunda iri borular vasitəsilə Xəzərin çirkləndirilməsi məsələsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu verilib

Bu gün, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Bu gün, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Bu gün, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Bu gün, 14:00
İran yeni silahlar hazırlayır
Bu gün, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Bu gün, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Bu gün, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Bu gün, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Bu gün, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Bu gün, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
Dünən, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Dünən, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Dünən, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Dünən, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Dünən, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Dünən, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Dünən, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Dünən, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Dünən, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Dünən, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Dünən, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Dünən, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Dünən, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR