Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib - FOTO
Sosial
14 iyl 2026 | 14:30
IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verirki, Alyansın Baş katibi Elşən Şahbalayevin moderatorluğu ilə keçirilən iclasda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, Şuşa yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının zəngin mədəni irsini, tarixi yaddaşını və mənəvi birliyini təcəssüm etdirən mühüm məkandır. Türk Xəbər Agentlikləri Alyansının (ATNA) ilk addımlarını Şuşada atması və vacib müzakirələrin məhz burada keçirilməsi Alyansımızın gələcək fəaliyyəti üçün də mühüm mənəvi əsas yaradır. Bu gün qlobal informasiya məkanının sürətlə dəyişdiyini vurğulayan Vüqar Əliyev bildirib ki, yeni texnologiyalar, süni intellekt, sosial media platformaları və rəqəmsal kommunikasiya vasitələri xəbərin hazırlanması, yayılması və istehlakı prosesini tamamilə yeni mərhələyə çıxarıb. İnformasiya indi daha sürətlə yayılır, auditoriyanın xəbərə çıxış imkanları genişlənir. Eyni zamanda, xəbər agentliklərinin qarşısına yeni və mürəkkəb çağırışlar çıxır.

Vüqar Əliyev ATNA-nın bu məqsədə çatmaq üçün çox mühüm əməkdaşlıq platforması olduğunu vurğulayaraq deyib: "Alyans çərçivəsində xəbər, foto və videomaterialların mübadiləsinin genişləndirilməsi, birgə media layihələrinin hazırlanması, jurnalistlər üçün təlim və təcrübə proqramlarının keçirilməsi, texnoloji yeniliklərin paylaşılması qarşılıqlı fəaliyyətimizi daha səmərəli edə bilər".

"Qazcontent" İdarə Heyətinin sədri, Türk Xəbər Agentlikləri Alyansının (ATNA) prezidenti Adil Seifullin bildirib ki, Türk dünyası təkcə ortaq tariximiz, dilimiz və mədəniyyətimiz deyil. Bu, həm də etimada, əməkdaşlığa və birgə inkişafa əsaslanan geniş bir məkandır. Bu gün Türk Xəbər Agentlikləri Alyansı regional əməkdaşlığın əsas platformalarından birinə çevrilib və burada irəli sürdüyümüz ideyalar konkret layihələr şəklində həyata keçirilir.

O qeyd edib ki, xalqlarımızı minilliklərə söykənən tarixi bağlar birləşdirir. Müasir reallıqlar isə ticarət, nəqliyyat, elm, təhsil və rəqəmsal texnologiyalar sahələrində yeni əməkdaşlıq imkanları yaradır. "Bu gün qarşımızda duran əsas vəzifə birgə səylərlə bu əməkdaşlığı real məzmunla zənginləşdirməkdir. Media sahəsində informasiya mübadiləsini gücləndirməli, ölkələrimiz haqqında xəbərləri birbaşa ilkin mənbədən əldə etməli və hər bir hadisəni məhz onun baş verdiyi ölkənin informasiya resurslarına istinadən işıqlandırmalıyıq. Bu yanaşma məlumatın operativliyini, dəqiqliyini və etibarlılığını artıracaq", - deyə Adil Seifullin bildirib.

Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhanın sözlərinə görə, jurnalistika əsasən gündəlik hadisələrin işıqlandırılması ilə məşğul olur. Bu hadisələr çox vaxt müvəqqəti xarakter daşıyır. Hətta bəzən bir neçə gün əvvəl şahidi olduğumuz hadisələri belə tez unuduruq. Buna görə də peşəmizin vəzifələrindən biri də baş verənləri zamanın sınağından çıxacaq şəkildə qorumaqdır.

"İstər kitab nəşr etməklə, istər sənədli film hazırlamaqla, istərsə də digər vasitələrlə hadisələri sənədləşdirməli, onların həqiqi hekayəsini gələcək nəsillərə çatdırmalıyıq. Bu, xüsusilə şəhərlərin yenidən qurulması, tarixi abidələrin bərpası və onlarla bağlı xatirələrin qorunması baxımından böyük əhəmiyyət daşıyır", - deyə o qeyd edib.

"Kabar" Xəbər Agentliyinin Baş redaktoru Nazgül Nurmanbetova Türk Xəbər Agentlikləri Alyansı üçün böyük perspektivlərin mövcud olduğunu deyib. O, həmçinin Alyans çərçivəsində qurulacaq tərəfdaşlıqların həm peşəkar təcrübə mübadiləsinə, həm də birgə media layihələrinin həyata keçirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Nazgül Nurmanbetova qeyd edib ki, platforma çərçivəsində daha məhsuldar dialoqun aparılması, tərəfdaş agentliklərlə daha sıx işgüzar münasibətlərin qurulması vacibdir.

"Bundan sonra əməkdaşlığımız daha intensiv, səmərəli və yaxın xarakter alacaq. Əminəm ki, birgə səylərimiz nəticəsində informasiya mübadiləsi genişlənəcək, peşəkar əlaqələrimiz möhkəmlənəcək və ortaq məqsədlərimizə daha uğurla nail olacağıq", - deyə Baş redaktor bildirib.

UzA xəbər agentliyinin Baş redaktor müavini Qayrat Xonnazarov vurğulayıb ki, qarşılıqlı etimad, operativ informasiya mübadiləsi və peşəkar həmrəylik dövlət xəbər agentlikləri arasında əməkdaşlığın əsas prinsiplərini təşkil etməlidir. "Bu baxımdan, bugünkü iclasın gündəliyinə daxil edilmiş məsələlərin aktuallığını xüsusi vurğulamaq istərdim. Alyansa üzv agentliklər arasında informasiya mübadiləsinin gücləndirilməsi, birgə peşəkar layihələrin və tədbirlərin genişləndirilməsi təşkilatın institusional inkişafına, əməkdaşlığın dərinləşdirilməsinə və beynəlxalq informasiya məkanında nüfuzunun daha da artmasına mühüm töhfə verəcək".

Türk Dövlətləri Təşkilatının nümayəndəsi Kunduz Rüstembekova isə qeyd edib ki, irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr, xüsusilə də Türk Xəbər Agentlikləri Alyansına (ATNA) agentliklər arasında birbaşa xəbər mübadiləsini təmin edəcək ortaq platformaların yaradılması, əməkdaşlığın inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Onun sözlərinə görə, bu platforma informasiya mübadiləsini daha operativ və səmərəli edəcək, üzv agentliklər arasında əlaqələri daha da möhkəmləndirəcək. "ATNA türk dövlətlərinin media məkanında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi üçün mühüm mexanizmlərdən biridir. Ümid edirəm ki, Alyans çərçivəsində bütün üzv agentliklərlə daha sıx, məhsuldar və uzunmüddətli əməkdaşlıq quracaq, birgə layihələr vasitəsilə ortaq informasiya məkanının inkişafına mühüm töhfə verəcəyik", - deyə Kunduz Rüstembekova vurğulayıb.

Daha sonra iclasda Alyansın fəaliyyətinin daha da təkmilləşdirilməsi, üzv agentliklər arasında əməkdaşlığın genişləndirilməsi və gələcək fəaliyyət istiqamətləri ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub. ATNA-nın Nizamnaməsinə təklif olunan dəyişikliklərə baxılıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb. İclasda, həmçinin türk dövlətlərinin turizm və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək fotomüsabiqənin keçirilməsi ilə bağlı hazırlanan plan nəzərdən keçirilib. Bildirilib ki, belə təşəbbüslər üzv ölkələrin turizm potensialının və ortaq mədəni dəyərlərinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcək.




12:15

IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilir.

Azerimedia.Az AZƏRTAC-a istinadla xəbər verir ki, iclasda alyansa üzv xəbər agentlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsi, birgə media layihələri və informasiya mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Həmçinin qlobal media mühitində qarşılıqlı fəaliyyətin artırılması və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılacaq.
11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
11-09-2026, 14:23
Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endirib
11-09-2026, 14:00
Paşinyandan həyacan təbili: “Bu, Azərbaycana müharibə elan etməkdir”
11-09-2026, 13:13
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
11-09-2026, 12:30
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
11-09-2026, 12:18
Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
11-09-2026, 11:21
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
11-09-2026, 11:00
İctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?
10-09-2026, 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
10-09-2026, 16:51
Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı qərar
10-09-2026, 16:05
Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olundu
10-09-2026, 16:04
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
10-09-2026, 15:31
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edibmiş
10-09-2026, 15:22
Azərbaycanda küçə ticarətinə nəzarət artırılır
10-09-2026, 15:07
Avqust dünya tarixinin ən isti ayı oldu
10-09-2026, 15:03
AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi
10-09-2026, 14:40
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verildi
10-09-2026, 14:35
Bu sizdən asılıdır - Sürücülərə müraciət
10-09-2026, 14:16
Azərbaycanda dərsliklərə yeni mövzu əlavə ediləcək