Naxçıvanı ölkənin əsas enerji sistemi ilə birləşdirən xətlərin çəkilməsinə başlanılıb
Naxçıvan Muxtar Respublikası ölkə enerji sisteminə qoşulacaq.
Azerimedia.Az xəbər verir ki, bu barədə "Azərenerji" ASC məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda, Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılıb. Ölkə başçısının tapşırığına əsasən, "AzərEnerji" tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubadın sərhədinədək 105 km uzunluğunda, ikidövrəli və 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti inşa olunur.
Araz çayı boyunca, bir sıra ərazilərdə isə dağlıq və qayalı massivlərin yarılmasından keçən xətt "AzərEnerji" tərəfindən son dərəcə mürəkkəb relyef və ağır iqlim şəraitində çəkilir.
Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək və həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətlərində çəkilən xəttə birləşdiriləcək. Eyni zamanda, Naxçıvan şəhərində yeni 330 kV-luq yarımstansiya tikiləcək. Artıq bu məqsədlə 49 hektar torpaq sahəsi ayrılıb və mobilizasiya işlərinə start verilib.
Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi layihəsinin davamı olaraq daha bir strateji mərhələnin icrası planlaşdırılır. Belə ki, 230 km məsafədə Naxçıvandan Türkiyəyə 400 kV-luq ötürmə xəttinin çəkilməsi və ölkə tarixində ilk dəfə olaraq 400 kV gərginlik sinfi üzrə çevirici yarımstansiyanın tikilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerjisisteminə tam inteqrasiyası, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, həmçinin Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması baxımından bu layihə strateji əhəmiyyət daşıyır və Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.

3-09-2026, 14:16
3 uşağı olan ailələrə şad xəbər - müavinət verilə bilər
3-09-2026, 14:14
Tramp-Si görüşünün şifrələri: Tayvan, İran, ticarət savaşı, süni intellekt
3-09-2026, 14:10
ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
3-09-2026, 14:05
Türkiyədə anbar ərazisində güclü yanğın baş verib - FOTO - VİDEO
3-09-2026, 14:00
Bu gündən Azərbaycanda yeni qaydalar qüvvəyə mindi
3-09-2026, 13:08
Alen Simonyan Bakıya səfər edəcək?
3-09-2026, 12:50
Ermənistan tələyə düşüb, “peşka” rolunu oynayır - Danielyan
3-09-2026, 12:40
Əhməd Davudoğluya qarşı istintaq başladıldı
3-09-2026, 12:00
Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar - FOTO
3-09-2026, 11:41
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb
3-09-2026, 11:18
Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib
3-09-2026, 11:08
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTO
3-09-2026, 10:30
İrana qarşı hərbi əməliyyatlar 2027-ci ilədək uzana bilər
3-09-2026, 10:20
Uşaqların telefon istifadəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Hər əlavə saat riski artırır
3-09-2026, 09:30
Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR
2-09-2026, 10:42
Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO
2-09-2026, 10:14
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
2-09-2026, 09:46
Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM
2-09-2026, 09:30
Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR
1-09-2026, 14:00
Sahibə Qafarova bu vəzifəyə namizəd oldu
1-09-2026, 13:59
Bakıda ev almağın ən sərfəli yolu budur
1-09-2026, 13:57
TƏBİB-in tabeliyindəki bu qurumda yeni təyinatlar olub
1-09-2026, 13:53
Xaçmazın kəndinə sel gəlib - VİDEO
1-09-2026, 12:46
7568,9 hektar ərazi minalardan təmizlənib
1-09-2026, 12:24
89 uşaq övladlığa verilib
1-09-2026, 12:03
Deputatlar tətildən qayıtdı - İndi nə edəcəklər?
1-09-2026, 11:28
Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər - FOTO