İrana qarşı hərbi əməliyyatlar 2027-ci ilədək uzana bilər

Pentaqon rəhbəri Pit Heqset Yaxın Şərqdəki ABŞ hərbçilərinin yerləşdirilmə müddətini gizli şəkildə uzadır və İrana qarşı əməliyyatın bu il başa çatmayacağını istisna etmir.
Azerimedia.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" özəl mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin 19 gəmisi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə bölmələri və desant qüvvələri fəaliyyət göstərir.
Bildirilir ki, regionda dislokasiya müddətinin uzanması hərbçilərin vəziyyətinə mənfi təsir edir və hərbi texnikaya lazımi xidmət göstərilməsinə mane olur.
Məlumata görə, logistik çətinliklər səbəbindən dənizçilər yaxınlarından məktub və bağlamaları daha gec alır, həmçinin təchizatların yenilənməsi prosesi də mürəkkəbləşib.
ABŞ lideri Donald Tramp Tehranla hərbi əməliyyatların başa çatdığını elan etmək ideyasını şəxsi söhbətlərində dəstəkləyir. O hesab edir ki, İrana iqtisadi təzyiq göstərilməsi Vaşinqtona öz məqsədlərinə çatmağa imkan verəcək.
Buna baxmayaraq, Yaxın Şərqdə hələ də 50 min hərbçinin qaldığı vurğulanır.
Münaqişə uzandıqca, hərbi qulluqçuların xidmət müddəti də planlaşdırıldığından daha çox davam edir.
Qeyd olunur ki, ABŞ ordusunun hava hücumundan müdafiə qüvvələri üçün standart döyüş dislokasiyası müddəti 9 aydan 12 aya qədər artırılıb. "Spruance" və "Delbert D Black" esminesləri ABŞ-nin hərbi əməliyyatları başlayandan bəri Yaxın Şərqdədir. Hazırda onlar dəniz blokadasında iştirak edirlər və heyətləri aylarla sahilə çıxmadan dənizdə qalırlar. Bundan başqa, 82-ci hava-desant diviziyasının bölmələri gələn il də Yaxın Şərqdə qala bilər. Məlumata görə, "Theodore Roosevelt" aviadaşıyıcı gəmisi regiona ehtimal olunan dislokasiya üçün hazırlanır və onun döyüş növbətçiliyi növbəti ilin yaz aylarına qədər uzana bilər.
Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start