Bakıda möhtəşəm UFC gecəsi: 70-ə yaxın ölkədən azarkeş axını gözlənilir
İdman
16 iyn 2026 | 12:32
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində 70-ə yaxın ölkədən azarkeşlərin olacağı gözlənilir.

Azerimedia.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.

Qurumdan bildirilib ki, yarışa maraq olduqca yüksəkdir:

"Bilet satışı ötən ilin eyni dövrü ilə müqayisədə daha sürətlə davam edir və satılan biletlərin yarısını xarici azarkeşlər əldə ediblər. Turnirə ən böyük maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildən müşahidə olunur. Ümumilikdə isə biletlər dünyanın 67 ölkəsinin azarkeşləri tərəfindən əldə edilib".

Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.

Turnir çərçivəsində daha iki azərbaycanlı döyüşçü - Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.
3-09-2026, 14:16
3 uşağı olan ailələrə şad xəbər - müavinət verilə bilər
3-09-2026, 14:14
Tramp-Si görüşünün şifrələri: Tayvan, İran, ticarət savaşı, süni intellekt
3-09-2026, 14:10
ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
3-09-2026, 14:05
Türkiyədə anbar ərazisində güclü yanğın baş verib - FOTO - VİDEO
3-09-2026, 14:00
Bu gündən Azərbaycanda yeni qaydalar qüvvəyə mindi
3-09-2026, 13:08
Alen Simonyan Bakıya səfər edəcək?
3-09-2026, 12:50
Ermənistan tələyə düşüb, “peşka” rolunu oynayır - Danielyan
3-09-2026, 12:40
Əhməd Davudoğluya qarşı istintaq başladıldı
3-09-2026, 12:00
Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar - FOTO
3-09-2026, 11:41
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb
3-09-2026, 11:18
Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib
3-09-2026, 11:08
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTO
3-09-2026, 10:30
İrana qarşı hərbi əməliyyatlar 2027-ci ilədək uzana bilər
3-09-2026, 10:20
Uşaqların telefon istifadəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Hər əlavə saat riski artırır
3-09-2026, 09:30
Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR
2-09-2026, 10:42
Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO
2-09-2026, 10:14
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
2-09-2026, 09:46
Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM
2-09-2026, 09:30
Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR
1-09-2026, 14:00
Sahibə Qafarova bu vəzifəyə namizəd oldu
1-09-2026, 13:59
Bakıda ev almağın ən sərfəli yolu budur
1-09-2026, 13:57
TƏBİB-in tabeliyindəki bu qurumda yeni təyinatlar olub
1-09-2026, 13:53
Xaçmazın kəndinə sel gəlib - VİDEO
1-09-2026, 12:46
7568,9 hektar ərazi minalardan təmizlənib
1-09-2026, 12:24
89 uşaq övladlığa verilib
1-09-2026, 12:03
Deputatlar tətildən qayıtdı - İndi nə edəcəklər?
1-09-2026, 11:28
Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər - FOTO